Oxunma sayı: 206

Sual #248 : Şeyx Abdul-Aziz Ali Şeyx – Sübh azanını 20 dəqiqə gecikdirənlər


 

Tarix: 2018-01-14

Cavab #248 : Şeyx Abdul-Aziz Ali Şeyx – Sübh azanını 20 dəqiqə gecikdirənlər


Mufti Abdul-Aziz Ali Şeyx:

Ey müəzzinlər, zamanımızda bəzi məsələlər qaldırılır və kim nə gəldi danışır. Bəzi kəslər insanların indiyədək görüb-gəldikləri, adət etdikləri namaz vaxtlarını dəyişmək istəyirlər. Məlumdur ki, Uca Allah namazı beş vaxt müəyyən etmişdir. Cəbrail (aleyhissələm) Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) iki gün namazda imamlıq etmişdir. Yəni, birinci gün namazın əvvəl vaxtı, ikinci gün isə namazın axır vaxtında Peyğəmbərə (sallallahu aleyhi və səlləm) imamlıq etdi. Və dedi:

“Ey Muhəmməd! Namaz bu iki vaxtın arasındadır!”

Uca Allah buyurur:

“Gün batmağa meyl edəndən gecənin qaranlığınadək (bəlli) (vaxtlarda) namaz qıl və sübh çağı Quran oxu (fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Quranın şahidləri olur.” (İsra, 78)

Bununla Peyğəmbər (sallAllahu aleyhi və səlləm) bizə sübhün vaxtını və imsakın vaxtını bəyan edərək demişdir:

“Əgər Bilal azan versə, o zaman yeyin-için, İbn Ummu Məktum isə azan verəndə bitirin.”

O isə, ona “səhər açıldı” deyilməyənə kimi azan verməzdi. Günümüzdəki bəzi kəslər məsələ qaldırıb deyirlər ki, (təqvimdəki) səhurun vaxtı 20 və ya 17 dəqiqə tezdir. Hətta bəziləri həddi aşaraq deyirlər: “Siz səhuru qırx dəqiqə vaxtından tez etmisiz!”

Bu deyilənlər xətadır və heç bir dəlilə əsaslanmır. Bunu deyənlər elmsiz, səfeh və ağıldan naqis insanlardır. İnsanların əlində Ummul Qura təqvimi mövcuddur. Ummul Qura təqvimi etibarlıdır. Elmi heyət ilə birlikdə səy göstərib, hər kəsin yaşadığı yerə uyğun ilk və ikinci fəcr arasında uyğunluq müəyyən edlmişdir. Bir daha qeyd edirəm, bu təqvim etibarlıdır. Müəzzinin sübh azanını gecikdirməsinə heç bir lüzum yoxdur, əksinə bu təqvimə əsaslanıb azan versin. İnşəAllah ki, bu təqvim doğrudur və haqq üzərindədir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir