Oxunma sayı: 197

Sual #247 : Şeyx Salih Ali Şeyx – İnternetdə mənim haqda şayə yaydılar


Tarix: 2018-01-04

Cavab #247 : Şeyx Salih Ali Şeyx – İnternetdə mənim haqda şayə yaydılar


Şeyx Salih Ali Şeyx:

Məsələn, mənim barəmdə internetdə belə bir xəbər yaymışdılar ki, guya mən demişəm ki, yəhudi və xaçpərəstlərə qarşı dua etmək olmaz. Bu xəbər ətrafında çox boş-boğazlıq edilirdi. Sizcə heç elm adamlarından kimsə, yaxud şəriətin çox əhkamlarını demirəm, bəzi əhkamlarını bilən kimsə deyərmi ki, yəhudi və xaçpərəstlərə qarşı ümumiyyətlə dua etmək olmaz?! Bunu heç kəs deməyib.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) həyatının sonunda demişdir:
“Allah yəhudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər.”
Lənət Allahın mərhəmətindən qovulmaqdır. Bu isə bədduadır. Beləliklə deyilən sözlər mənə istinad edilmişdi. Halbuki həmin sözləri mən yeddi il öncə demişəm. Bu sözləri danışığımı başa düşməyən bir nəfər dərsdən nəql edib, sonra özündən yozum verib. Halbuki həmin sözlər başqa məsələ ilə bağlı deyilmişdir. Həmin sözləri mən məsələyə açıqlama vermək üçün məsəl çəkmişəm. Məsələ bu idi ki, gərək biz dünyada kafirlərin, yəhudi və xaçpərəstlərin olması ilə bağlı ilahi hikmətə etiraz etməyək, onların tam həlak olması üçün dua etməyək. Biz bilirik ki, yəhudi və xaçpərəstlər Qiyamətə qədər qalacaqlar. Kimsə dua edib deyəndə ki: “Ey Allahım! İndi onların hamısı məhv et!” Bu Allahın hikmətinə zidd çıxmaqdır. Bu Allahın kitabında xəbər verdiyinə ziddir. Kim həyata keçməsi imkansız olan bir şeyi dua edib istəyərsə, yaxud şəriətdə deyilənin əksini istəyərsə, yaxud istənilən duanın heç vaxt həyata keçməyəcəyini istəyiriksə bu artıq duada həddini aşmaqdır. Bu duanın rədd olunmasına səbəbdir.

Şeyxul–İslam İbn Teymiyyə “əl–Fətava” kitabında və həmçinin digər alimlər qeyd edirlər ki, duada həddini aşmağın və duanın rədd olunma səbəblərindən biri, şəriət dəlilləri əsasında həyata keçməsi mümkün olmayan bir şeyi istəməkdir. Biz bilirik ki, yəhudi və xaçpərəstlər İsa İbn Məryəm nazil olana qədər qalacaqlar. Kimsə durub indi onların, yaxud digər bütün kafirlərin, onların uşaqlarının, qadınlarının yerli–dibli həlak olması üçün dua edirsə, bu heç də şəriətdən deyildir. Çünki bu, Allahın hikmətinə və Onun Öz kitabında qeyd etdiyinə ziddir. Uca Allah buyurur:

“Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun…” (Zuxruf, 61)

Digər adamlar da bu məsələyə müdaxilə edir, söyüb–batırıblar. Bu yalnız mənə qarşı deyil, bir çox elm adamlarına və rəhbərlərə qarşı edilmişdir. Bəzən insanın söyləmədiyi söz və etmədiyi əməllər onun adından deyilir. Adam təəccüb edir, iftiranı necə atdılar və xəbər də necə yayıldı.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir