Oxunma sayı: 204

Sual #246 : Şeyx Useymin – İman məsələsində elm əhlinə nəsihət


Tarix: 2018-01-04

Cavab #246 : Şeyx Useymin – İman məsələsində elm əhlinə nəsihət


Şeyx Useymin:

İman əməl və niyyətdir. Çünki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) bu mərtəbələri imandan saydı. Əllə dəyişmək əməldir, dillə dəyişmək əməldir. Qəlblə dəyişmək niyyətdir. Bu belədir. İman bütün əməlləri şamil edir. O, yalnız əqidəyə aid deyildir. Çünki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) demişdir:
“İmanın yetmişdən və ya dedi: altmışdan artıq şöbəsi var. Ən yüksəyi “Lə iləhə illəllah” kəlməsi, ən aşağısı yoldan əziyyət verən bir şeyi götürməkdir.”
Dilin dediyi “Lə iləhə illəllah” kəlməsidir. Əzaların əməli “yoldan əziyyət verən bir şeyi götürmək” sayılır. “Həya” isə qəlbin əməlidir və imandandır.

Bizim bu günlərdə gənclər və tələbələr arasında dolaşan: “Əməllər imanın kamilliyindəndir yoxsa, imanın səhihliyi üçündür?” sualı barədə danışmağımıza ehtiyac yoxdur. Yəni, sual verilir ki:
“Əməllər imanın kamilliyi yoxsa səhihliyi üçün şərtdir?”
Biz ona deyirik:
Əshabələr səndən də fəzilətli, elmli və daha çox xeyir iş üçün çalışan idilər. Onlar Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) bu sualı vermədilər. Elə isə sən də onlar kimi ol. Əgər dəlil olsa ki, hər hansı bir əməl insanı İslamdan çıxarır, o imanın səhihliyi üçün şərt olacaq. Əgər dəlil olsa ki, çıxartmır, onda imanın kamilliyi üçün şərt olacaq. Məsələ bitdi.

Amma mübahisələrlə nəyisə sübut etməyə və ya inkar etməyə çalışmağın, sonra qarşı tərəfı “murciə” adlandırmağın, səni təsdiqləyəndən razı qalmağın, nə isə əlavə etsə ona da “xəvaric” deməyin düzgün deyil.

Buna görə də gənclərə və elm tələbələrinə məsləhət edirəm ki, bu məsələ ilə bağlı axtarışları dayandırsınlar. Gəlin bir yerdə deyək: Allahu təalə və Onun Rəsulu (sallAllahu aleyhi və səlləm) nəyi imanın səhihliyi və qalması üçün şərt edibsə, o da şərtdir. Nəyi etməyiblərsə, o şərt deyil. Məsələni burada sona çatdıraq. Bu sual ilə əlaqəli bizimlə telefon əlaqəsi saxlayanlar nə çoxdurlar! Və bu mövzunun ətrafında çox gurultu, söz–söhbət var ki, buna heç ehtiyac belə yoxdur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir