Oxunma sayı: 219

Sual #242 : Şeyx Rabi əl-Mədxali – Ey Sələfilər! Qardaş olun!


Tarix: 2018-01-04

Cavab #242 : Şeyx Rabi əl-Mədxali – Ey Sələfilər! Qardaş olun!


Şeyx Rabi əl-Mədxali:

Mən, bir daha hamıya Allahdan qorxub, təqvalı olmağı tövsiyyə edirəm. Bir-birinizlə qardaş olmağı və bir-birinizlə isti münasibətdə olmağı tövsiyyə edirəm, belə olun ki, hətta bir cəsəd, bir bədən kimi olasınız. Tövsiyyə edirəm ki, parçalanma səbəblərindən uzaq durasınınz, həqiqətən də nə qədər ağalıq etməyi, böyüklük etməyi sevənlər vardır ki, sələfiləri parçalayır. Ona görə də Allah üçün təvazökar olun və qardaşlarınızla mülayim olun ki, bir bədən kimi olasınız. Təfriqəçilikdən uzaq durun, çünki parçalanmaq şərdir.

Allah təalə deyir:

“Sən heç bir şeydə dinlərini parça-parça edib, dəstələrə çevrilənlərdən deyilsən.”

Allaha and olsun ki, sələfiləri parçalayanlar, bu ayədə deyildiyi kimi “Sən heç bir şeydə dinlərini parça-parça edib, dəstələrə çevrilənlərdən deyilsən”.
Allah Rasulu bunu bizlərə öyrədib.
Allahdan qorxun, təqvalı olun, ey qardaşlar, qardaş olun, bir-birinizə sarılın, bir-birinizə qarşı yumşaq, rəhmli olun, bir bədən kimi olun. Sizləri firqəçilikdən çəkindirirəm, sonra yenə çəkindirirəm, sonra yenə çəkindirirəm. Burada, başqa-başqa yerlərdə ağalıq, böyüklük etməyi sevən nə qədərləri var ki, sələfiləri dağıtdılar, həm ərəb ölkələrində, həm də qeyrilərində böyüklük sevgisi və şeytana tabe olaraq. Allahdan qorxub, təqvalı olun, təvazökar olun, qardaşlarınızla mülayim olun, {Sənə tabe olan möminləri qanadının altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)}.

Allah sizlərə bərəkət versin. Ancaq haqq sözü de! Allah sizlərə bərəkət versin.

{(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et.}

Əgər bir-birinizə qarşı yumşaq, rəhmli olsanız, qardaş olsanız və sözünüz bir olsa, Sələfilik hörmətli, əzəmətli, şərəfli olacaq və güclənəcəkdir. Yox əgər parçalansanız, ayrılsanız, onda Sələfilik zəifləyəcək və insanların gözündə alçalacaqdır. Elə isə Allahdan qorxun, böyük kiçiyə tərəf rəhmli olsun, kiçik də böyüyə tərəf hörmət etsin, uca tutsun, xəta edən yumşaqlıqla, hikmətlə düzəldilsin, müalicə olunsun, firqəçiliyə yer qoymayın… Allah Elçisi bu ayələrlə firqəçilikdən çəkindirmişdir. Qurana sadiq olaraq iman gətirən kəsə, Allaha and olsun ki, bu çəkindirici ayələr kifayət etməlidir.

Allah hamını Özünün sevib, razı qaldığı şeylərə müvaffəq etsin. Peyğəmbərimiz Muhəmmədə, ailəsinə və sahəbələrinə Allahın salamı və salavatı olsun.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir