Oxunma sayı: 204

Sual #241 : Şeyx Süleyman Ruheyli – Ondan xeyiri götürüb, şəri atacam – deyirdi, beləcə bidət əhlinə çevrildi


Tarix: 2018-01-04

Cavab #241 : Şeyx Süleyman Ruheyli – Ondan xeyiri götürüb, şəri atacam – deyirdi, beləcə bidət əhlinə çevrildi


Şeyx Süleyman ə r-Ruheyli:

İmam Malik dediyi kimi: “Batilə yaxın düşmək həlakdır!”.

Buna görə də əgər bir şəxs bidətlə tanınarsa, hava əhlindən olması ilə tanınarsa və öz fənnində əlinə bayraq verilmiş imam da olmazsa, bu şəxsdən elm almaq məsləhət bilinməz, kitablarının oxunması məsləhət bilinməz, hətta kitablarında xeyir olmuş olsa belə!!!

Əgər elm əhli bir şəxsdən çəkindiriblərsə, onun kitablarından çəkindirblərsə, elm tələbəsi öz tələbələrinə onun kitablarını məsləhət görə bilməz!!! Onun kitablarında olan xeyir başqa kitablarda da mövcuddur!!! Madam ki, öz kitablarında batili təqrir edir, özü də bayraq verilmiş elm əhlindən deyilsə, onun kitablarına yaxın durmaq insanı bidətə sala bilər!!! Şeytanın addımları bu mövzuda ən təhlükəli formada olur.

Mən, bir tələbə tanıyıram, bizdə şəriət fakultəsində oxuyurdu. Bidət əhli ilə müamilədə çox şiddətli idi. Hətta öz müəllimlərindən “İxvanul-muslimin”dən olanlara salam belə vermirdi. Bir neçə il qabaq idi. Sonra isə, SubhanAllah, ona belə bir fikir gəldi ki, yəni… bu kəsdə xeyir var…, yəni… onun öz üslubu var, mən də ondan xeyiri götürəcəm, şərrini tərk edəcəyəm!!! Onların yanlarına getməyə, kitablarını oxumağa başladı, Allaha and olsun ki, çox az keçmədi ki, insan tamami ilə dəyişdi və Əhli Sünnəyə qarşı danışmağa başladı, Əhli Sünnə şiddətlidirlər, sərtdirlər və sairə və sairə sözlər deməyə başladı. Beləcə batil əhlinə tərəf meyl etməyə başladı.

Batilə yaxın düşmək, həlakdır! Kim batilə yaxın düşərsə, çox az qalır ki, o da o batili desin!!! Buna görə də imam Məlik deyirdi ki, “Batil şeyləri demək, haqdan uzaqlıqdır”.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir