Oxunma sayı: 227

Sual #240 : Şeyx Albani – Qadının corabda namaz qılmasının hökmü


Sual verən:
Qadın ayağı açıq namaz qılmasının hökmü nədir?

Tarix: 2018-01-04

Cavab #240 : Şeyx Albani – Qadının corabda namaz qılmasının hökmü


Şeyx Albani:
Mən görürəm ki, gərək ayağını örtsün, pəncəsinin üstünü örtən uzun don, paltar geyinsin, çünki bu əməl möminlərin analarından varid olmuşdur. Amma səcdədə olduğu halda ayağının altı görünərsə, heç nə olmaz.

Sual verən:
Amma ayağının üstü?

Şeyx Albani:
Gərək örtsün!

Sual verən:
Əgər bilərəkdən açıq qılarsa, namazı batil olurmu?

Şeyx Albani:
Əgər bilərəkdən elə qılarsa, namazı qəbul deyil. “Allah qadınların namazını yalnız bütün bədəni örtən paltarda qəbul edir”.

Sual verən:
Ayaqları (topuqdan aşağı) örtmək üçün corab bəs edirmi?

Şeyx Albani:
Bəs etmir! Çünki əvvəlki şərtə daxildir ki, gərək nə şəffaf olsun nə də dar, bədəni bildirən. Corab şəffaf olmasa da belə, amma dar olub bədəni bildirir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir