Oxunma sayı: 220

Sual #239 : Şeyx Albani – Nə üçün gəncləri cihada getməyə qoymursuz?


Şeyx Albani:
Allah sizi xeyirlə mükafatlandırsın!

Sual verən:
Axırıncı sualım:

Bosniyada olan qardaşların məsələsi. Eşitdiyimə görə, ora gedib kömək etmək istəyən bəzi qardaşlara demisiniz ki, “Nəfsinizlə cihad edin?!”

Şeyx Albani:
Aha bəli!

Sual verən:
Bu o deməkdir ki, siz (cihad adı ilə) ora getməyi məsləhət görmürsünüz?

Şeyx Albani:
Bəli görmürəm!

Tarix: 2018-01-04

Cavab #239 : Şeyx Albani – Nə üçün gəncləri cihada getməyə qoymursuz?


Sual verən:
Məgər görmürsünüz ki, orada köməyə ehtiyac var?

Şeyx Albani:
Necə yəni görmürəm? Necə yəni görmürəm?

Lakin, kömək daha bir çox möminləri öldürməkləmi olur? Heç bir faydanın olmaması iləmi olur? Bəs Qurani Kərimdə bizə əmr edilən hazırlıq harada qaldı?

Sual verən:
Əgər orada fayda varsa necə?

Şeyx Albani:
Əgər iman edirsən ki, orada fayda var, vacibdir!

Sual verən:
Yaxşı. (Mövzunu burada kəsib, telefon danışığını bitirmək istəyir!)

Şeyx Albani:
Alo…

Sual verən:
Allah sizi xeyirlə mükafatlandırsın!

Şeyx Albani:
Alo…

Sual verən:
Eşidirəm!

Şeyx Albani:
(Orada fayda olduğuna) sən iman edirsənmi?

Sual verən:
Bəli! Edirəm!

Şeyx Albani:
Nədi fayda?

Sual verən:
Müsəlmanlar orada zəifdirlər!

Şeyx Albani:
Qardaşım, orada indiki vəziyyəti mənə danışma (bundan xəbərim var)! De görüm, orada nə kimi fayda var?!

Sual verən:
Onlara kömək etmək!

Şeyx Albani:
Allah sənə hidayət versin! Onlara dövlətlərin köməyi lazımdır! Fərdlərin, şəxslərin yox! Məsələn, onlara nizamlı müasir silahları, tankları, təyyarələri və s. bu kimi şeylərdə təcrübəli, gözəl təlim keçmiş ordu lazımdır. Bu fərdi vasitələr yox. Ordan-burdan min nəfər göndərək, gedib özlərini oda atsınlar? O dağıdıcı tankların qabağında onlar nə edəcəklər?

SubhənAllah! Mən müsəlman cavanlara təəccüb edirəm. Necə olur ki, bu cür məsələlərdə – qədim ərəb məsəlində deyildiyi kimi – “Burunlarının ucundan oyana baxmırlar?!” Səndən soruşuram “ora döyüşmək üçün getməkdə fayda varmı?” Deyirsən: Var! Deyirəm: Nədi fayda? Deyirsən: Onlar zəifdirlər. Allah səni islah etsin, ya Əbu Suheym! Guya mən bilmirəm ki, onlar zəifdirlər?! Onlar həm silah baxımından, həm də siravi baxımdan zəifdirlər. Həm serblər, həm onlara dəstək olan ölkələrə, ələlxüsus Amerikaya nisbətdə zəifdirlər. O Amerika ki, hər şeyi məhv etmişdir.

Sual verən:
Bəli!

Şeyx Albani:
Məgər bu həqiqətləri bilmirsən?

Sual verən:
Bəli!

Şeyx Albani:
Allah sənə hidayət versin! Bəs necə deyirsən fayda var? Müsəlmanları həlak etməkdə fayda var? Əlbəttə ki, xeyr!

Əfqanıstan təcrübəsi… Heç təsəvvür edilə bilərmi ki, Bosniya Herseqovinyada cihad Əfqanıstandan daha yaxşı ola bilər?!

Sual verən:
Xeyr!

Şeyx Albani:
Orada nəticə nə oldu? Hə? Nəticə o oldu ki, biz payımızı aldıq. Əkin və nəsili həlak etdik. Səbəb – çox məsələlərdə şəriətə müxalif olmaq idi. Zərərli sonluq ondan ibarətdir ki, “Müşriklərdən olmayın. O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini üstün bilib sevinir.” (Rum, 31-32)

Yeddi ayrı-ayrı dəstə (partiya) bir komunist dəstəsi (partiyası) ilə vuruşur. Bir kafir komunist partiyası, üç ayrı müsəlman partiyalar. Bu necə oldu?! Ona görə də biz daima deyirik ki, ilk öncə təsfiyə (əqidə təmizliyi) və tərbiyədən başlamaq lazımdır. Sonra da Uca Allahın bu ayəsini xatırla:

Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır. (Şura, 30)

Allahdan diləyirəm ki, bütün İslami dövlətlərdə olan müsəlmanlara kömək etsin! Lakin təəssüflər olsun ki, Rəbbimizin Qurani Kərimdə buyurduğu kimi:

Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir, 43)

Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir qövmə pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur. (Rad, 11)

Ona görə də biz İslami xalqlardan birinə kömək etmək istəyiriksə hər şeydən əvvəl İslama öz evlərimizdə kömək etməliyik. Biz isə evlərimizdə İslama kömək etmirik. Ona görə də, bizə, bütün İslami diyarlarda bəla gəlmişdir. Bu da təəssüfləndirici haldır. Lakin Allahdan diləyirəm ki, fərdi müsəlmanlara bu ayədə buyurduğu sadiq vəd ümidi versin:

Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. (Ğafir, 51)

Ümmətimdən bir qrup insanlar olacaq ki, Qiyamətin qopacağı vaxta qədər haqq üzrə gedəcəklər. Heçnə və heç kim onlara zərər vura bilməyəcək. (Buxari, Muslim)

Ey Əbu Suheym, yəqin ki, bu qədər sənə kifayət etdi?!

Sual verən:
Şeyx, Allah sizi xeyirlə mükafatlandırsın!

Şeyx Albani:
Səndən də, inşəAllah, bir daha səsini eşitmək ümidi ilə…

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir