Oxunma sayı: 222

Sual #238 : Şeyx Abdurrazzaq əl-Abbad – Hakimə qarşı çıxan Zubeydin rəvayəti


Tarix: 2018-01-04

Cavab #238 : Şeyx Abdurrazzaq əl-Abbad – Hakimə qarşı çıxan Zubeydin rəvayəti


Şeyx Abdurrazzaq əl-Abbad:

Şeyxul İsləm İbn Teymiyyə tarixdə baş vermiş fitnələri təhqiq etdikdən sonra fitnələrin aqibəti haqda özünün “Minhəc əs–Sünnə” kitabında deyir:

“Çox nadir hal olmuşdur ki, hakimə qarşı çıxanların əməllərindən doğan xeyir, şərrindən daha çox olsun!”

Sonra baş vermiş fitnələrdən bir çox misallar zikr edir. Sonra isə fitnələrin nəticəsini cəm edərək buyurur:

“Onlar nə dinlərini düzəltdilər, nə də dünyalarından əsər–əlamət qaldı!”

Nə dinlərini düzəltdilər! Yəni, fitnələrə başları qarışdığından dinlərini düzəltmədilər. Dünyaları da qalmadı. Çünki fitnə zamanı ölüm çoxalır, özbaşınalıq baş alıb gedir, insanlar təlaşa düşür, fitnə– fəsad yayılır və bunun nəticəsi pis olur. (Hakimə qarşı çıxaraq) fitnə yayanlar heç bir xeyir əldə etmirlər.

Həmçinin Şeyxul İslam İbn Teymiyyə buyurur:

“Bundan öncəkilərin çoxu fitnəyə girib (hakimə qarşı) döyüşdə iştirak etdiklərinə peşman olmuşdular.”

Eyyub əs-Sixtiyəni buyurur:

İbnul Əşəslə birlikdə hakimə qarşı üsyan edən qarilər belə deyirdilər:

“Onlardan öldürülənlər arasında elə biri yox idi ki, geri dönməyi arzu etməsin. Sağ qalanlar arasında da elə biri yox idi ki, buna görə Allaha həmd edərək, peşmançılıq hissi keçirməsin.”

Bu mövzu barədə faydalı olan Zubeyd İbnul Hərisin qissəsidir. O Kutubi-Sittə ravilərindən biri və İslam alimlərindən idi. O da, İbnul Əşəsin fitnəsinə düşənlərdən idi. Lakin bu fitnədən, öldürülmədən çıxmışdır. Gəlin onun hekayəsini dinləyək:

Muhəmməd ibn Talha deyir ki: “Alə ibn Abdul-Kərimlə gülürdüm. Bu vaxt Zubeyd bizi görüb dedi: “Əgər kəsilmiş başları görsəydiniz, indi belə gülməzdiniz!”
Yəni, başları kəsilən müsəlmanları qəsd edir. Bir–birlərini qətlə yetirən, müsəlmanların əli ilə kəsilmiş, digər müsəlman başları. Bax, budur əsl fitnə!
Deyir: “Əgər kəsilmiş başları görsəydiniz, indi belə gülməzdiniz!” Sonra sözünə belə davam edir: “Kaş ki, əllərim kəsilərdi, lakin mən onları görməzdim.”
Bundan sonra yenə fitnə baş verdi və bu fitnədə də iştirak etmək üçün Zubeydi dəvət etdilər. Lakin o, artıq fitnələrin təsirini və aqibətini gördüyü üçün görün necə möhtəşəm cavab verir. Fitnənin sarsıntısını keçirmiş bir insanın cavabı. Bəzi rəvayətlərdə gəlir ki, Mənsur ibnul-Mu’tamir gəlib Zubeydə əhli–beytin qətlə yetirildiyini söylədi. O, istəyirdi ki, Zeyd ibn Əli kimi, Zubeyd də hakimə qarşı çıxsın. Bu da başqa bir fıtnə idi. Bəs Zubeyd ona nə cavab verdi? Zubeyd dedi:

“Mən hakimə qarşı yalnız Peyğəmbərlə birlikdə çıxacağam! Lakin peyğəmbər artıq aramızda yoxdur!” (Yəni, heç vaxt hakimə qarşı çıxmayacağam!)
Nə üçün o belə deyirdi? Çünki o artıq fitnələrin fəsadını görmüşdür, təcrübəliydi.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir