Oxunma sayı: 230

Sual #237 : Şeyx Muhəmməd ibn Hədi – Mumeyyilərin yeni imamı İd Abbasi haqqında


Tarix: 2018-01-04

Cavab #237 : Şeyx Muhəmməd ibn Hədi – Mumeyyilərin yeni imamı İd Abbasi haqqında


Şeyx Muhəmməd ibn Hədi:

İmam Əhməd (Allah ona rəhmət etsin) deyir:

Vacib olan Sünnədəndir (Peyğəmbər yolundandır) ki, hansı ki, kim ondan hər hansı bir şeyi tərk edərsə, dilinə gətirib deməzsə və iman gətirməzsə, onun əhlindən (yəni, Sünnə əhlindən) sayılmaz. Sonra Sünnədən bir çox şeyləri zikr edir və saydığı şeylərdən biri də budur ki, “Peyğəmbərə (Allahın ona salamı və salavatı olsun) istər bir il, istər bir ay, istər bir gün, istər bir saat səhabəlik, yoldaşlıq edən və ya gözüylə görən hər bir kəs Peyğəmbərin səhabələrindəndir. Peyğəmbərə yoldaşlıq etməsi qədəri ilə onun səhabəlikdən payı vardır. Bu ikisinin də içində ən öndə olanı Peyğəmbəri eşidib, onu görəndir”.

Sonra imam (Allah rəhmət etsin) davam edir, deyir ki, “Səhabəlikdə ən az olanları”, yəni səhabələrin içində ən az müddət səhabəlik, yoldaşlıq edənləri, deyir ki, “Səhabəlikdə ən az olanları Peyğəmbəri görməyən bütün nəsillərdən daha fəzilətlidirlər, hətta o nəsillərin adamları bütün əməlləri edərək Allahla görüşsələr belə. Peyğəmbərə (Allahın ona salamı və salavatı olsun) səhabəlik edənlər, onu görənlər, ondan hədis eşidənlər, hətta bir saat belə onu gözləri ilə görən və ona iman gətirən bir sahabə bütün tabeinlərdən daha əfzəldir, hətta həmin tabeinlər bütün xeyir əməlləri etmiş olsalar belə”.

İmam Əhmədin (Allah ona rəhmət etsin) sözünün sonu.

İmam Əli ibn əl-Mədini də buna bənzər bir sözü deyir. O (Allah ona rəhmət etsin) deyir:

“Kim Peyğəmbərə (Allahın ona salamı və salavatı olsun) istər bir il, istər bir ay, istər bir saat səhabəlik, yoldaşlıq edər və ya gözüylə görər və ya görüşünə gələrsə,  o kəs səhabədir. Peyğəmbərə yoldaşlıq etməsi qədəriylə səhabəlikdən payı vardır. ən az müddət səhabəlik edən bütün əməlləri edərək Allahla görüşən, amma Peyğəmbəri görməyənlərdən daha fəzilətlidir. Peyğəmbərə (Allahın ona salamı və salavatı olsun) səhabəlik edən, gözləriylə onu görən, ona iman gətirən hətta bir an belə onu görmüş olsa da belə, öz səhabəliyi ilə bütün tabeinlərdən daha fəzilətlidir, hətta həmin tabeinlər bütün xeyir əməlləri etmiş olsalar belə”.

Biri var, imam Əhmədin “Usulu Sünnə” risaləsinə əlavə qeydlər yazmışdır. İmam Əhməddən yuxarıda gətirdiyimiz bu sözünün “Peyğəmbərə (Allahın ona salamı və salavatı olsun) səhabəlik edən, gözləri ilə onu görən, ona iman gətirən kəs, hətta səhabəlik müddəti bir an belə olsa, öz səhabəliyi ilə bütün tabeinlərdən daha əfzəldir, hətta o tabeinlər bütün əməlləri etmiş olsalar belə”.

Bu qeyd yazan (mualliq), əslində ona (muallik) “saqqız düzəldən” deyilməlidir, bu kəs gəlib imamın bu sözünə etiraz edərək yazıb ki, “bu sözə baxmaq lazımdır” (yəni, düzgün deyil mənasında), deyir ki, “bu sözə baxmaq lazımdır” (yəni, düzgün deyil mənasında). Yəni imam Əhmədin sözünə baxmaq lazımdır, düzgün deyil. Qulaq asın, deyir ki:

“Tabeinlərin və ya ətbəu tabeinlərin və ya onlardan da sonra gələnlərin içində bəzi səhabələrdən daha əfzəl insanlar ola bilər”

Bu söz “Sünnə” risaləsinin 63-cü səhifəsindədir, Valid Seyfun Nasrın tətbiqi ilə olan Abu Yusuf ibn Məlik əl-Attarın imam Əhməddən etdiyi rəvayəti. Kitabda Validlə birgə işləyən bu şərhi yazan İd Abbasi deyir ki, “bu sözə baxmaq lazımdır” (yəni, düzgün deyil mənasında).

“Tabeinlərin və ya ətbəu tabeinlərin və ya onlardan da sonra gələnlərin içində bəzi səhabələrdən daha əfzəl insanlar var”. Səhifə 63. Bax, beləcə deyir.

Allah onun dilini qurutsun! Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) deyir ki, “Əgər sizlərdən biri Uhud dağı boyda qızıl sədəqə versə, onların verdiyi bir və ya yarım ovuca çata bilməz!”. Bu isə deyir ki, “Tabeinlərin və ya ətbəu tabeinlərin və ya onlardan da sonra gələnlərin içində”. Ətbəu tabeinlər də onlardan daha əfzəl olarsa, yaxşı, onlardan sonra kim gəlir? Tabeinlərin tabeçilərinin tabeçiləri, bunların da içində Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) səhabələrindən daha fəzilətliləri var!!! İmam Tahavi deyir:   Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) səhabələrini sevirik və onlardan heç birinin sevgisində də həddi aşmırıq, özümüzü hansısa birinə olan sevgidən uzaq tutmuruq, onunla kin-küdurət bəsləyənə və xeyir olmayan şeylərlə zikr edənlərə biz də kin-küdurət bəsləyir və səhabələri yalnız xeyir şeylərlə yad edirik, onları sevmək – din, iman, ehsan, onlara nifrət etmək isə küfr, nifaq və tüğyandır.”
Ey qardaşlar, sizlər, əvvəlki iki imam – Əhməd və ibn Mədininin sözünün üzərinə əlavə olaraq Tahavinin sözünü görüb, eşitdiniz. Deyir ki, “Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) səhabələrini sevirik və onlardan heç birinin sevgisində Əlinin (Allah ondan razı olsun) haqqında bəzilərinin həddi aşdıqları kimi həddi aşmırıq”. Özümüzü hansısa birinə olan sevgidən uzaq tutmuruq, necə ki, “nasibilər” Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun, səhabələrdən də razı olsun) ailəsinə qarşı düşmənçilik etdikləri kimi heç birinə düşmənçilik etmirik. Onlara kin-küdurət bəsləyənə isə biz də kin-küdurət bəsləyirik. Əhli-Sünnə orta yoldadır, nə həddi aşmırlar, nə də onlara qarşı düşmənçilik etmirlər. Onların fəzilətlərini bilirlər, onlara olan sevgidən imtina etmirlər. Əhli-Sünnə nə səhabələr haqqında həddi aşan rafizilərdən deyillər, nə də onlara tənə edən nasibilərdən deyil. Sonra deyir: “Onların heç birinə olan sevgidən imtina etmirlər, onlara nifrət edənə nifrət edirik”. Fəqət bu qədər? Yox! “Onları xeyir olmayan şeylərlə zikr edənlərə” – kim Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) səhabələrini (Allah onların hamısından razı olsun) xeyir olmayan şeylərlə zikr edərsə – biz də nifrət edəcəyik. “Onları sevmək – din, iman, ehsan, onlara nifrət etmək isə küfr, nifaq və tüğyandır”.

Şeyxülislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) tanıdığınız “Vasitiyyə” əqidəsində deyir: “Əhli-Sünnə və Cəməanın üsul-qaydalarından biri də odur ki, Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) səhabələrinə qarşı qəlbləri və dilləri salamat olsun. Allah təalə onları bu cür vəsf etmişdir: (Onlardan (səhabələrdən) sonra gələnlər (dua edib) deyirlər ki, ey Rəbbimiz! Bizi də, bizdən əvvəl iman gətirmiş din qardaşlarımızı bağışla və qəlblərimizdə onlara qarşı kin-küdurətə yer vermə! Ey Rəbbimiz, Sən, həqiqətən, Rauf (şəfqətlisən), Rəhimsən (Rəhimlisən)).
Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) bu sözünə də itaət edirlər: “Səhabələrimi söyməyin”. Kitab, Sünnə və icmada gələn fəzilətlərini qəbul edirlər”.
Sonra da Əhli Sünnəni qəsd edərək deyir ki, “səhabələrə söyən və nifrət edən rafizilərin yolundan uzaq dururlar”. Allah bizi də, sizi də  Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) səhabələrini söyən və onlara kin-küdurət bəsləyən rafizilərin yolundan uzaq duran kəslərdən etsin! Sonra deyir: (Əhli Sünnə) “səhabələrə nifrət edən və söyən rafizilərin və əhli beytə söz və əməllə əziyyət verən nasibilərin yolundan uzaq tuturlar və deyirlər ki, onlar ya haqqa isabət etmiş müctəhidlər, ya da xəta etmiş müctəhidlər idilər”. Axırda da deyir: “Kim elmlə, bəsirətlə və Allahın onlara nemət olaraq verdiyi fəzilətləri güdərək onların sıralarına baxarsa, yəqin olaraq bilər ki, onlar peyğəmbərlərdən sonra ən xeyirli məxluqat olmuşlar, özləri kimisi nə olmayıb, nə də olmayacaqdır!”.

Bizim bu “dostumuz” isə deyir ki, “Tabeinlərin, onlara tabe olanların və onlardan sonra gələn nəsillərin içində səhabələrdən daha əfzəl insan var”.

Bu zamanda nə qədər əcaib-qəribə şeylər eşidirsiniz. Əgər bu kəs rafizilərin və onlara bənzərlərin cinsindən olarsa, heç də təəccüblənmərik. Rəngləri, dəriləri bizdən olsa da, özləri dinimizdən olmayıb, dinimizə soxulanlardır. Şeyxulislam deyir ki, “Kim elmlə, bəsirətlə və Allahın onlara nemət olaraq verdiyi fəzilətləri güdərək onların sıralarına baxarsa, yəqin olaraq bilər ki, onlar peyğəmbərlərdən sonra ən xeyirli məxluqat olmuşlar!” İkincisi isə: “Özləri kimisi nə olmayıb, nə də olmayacaqdır!”. Üçüncüsü isə: “Onlar ümmətlər içində ən xeyirli və Allah yanında ən hörmətlisi olan ümmətin ən saflarıdırlar”.

Günümüzədək olan İslam imamları və Əhli Sünnə və Cəməa bu əqidə üzərində gəlib-gedirlər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir