Oxunma sayı: 187

Sual #236 : Şeyx Fovzan – Peyğəmbərin qəbri məsciddədirmi?


Sual:

Misirdə insanlar qəbirlərin üzərində məscidlər inşa etmək xülyasına düşmüşdürlər. Bununla da, bunu yasaq edən hədislərə müxalif olmuşdurlar. Hətta bəziləri deyir ki, “Peyğəmbərin də qəbri məscidin içindədir.” Bunun hökmü nədir?

Tarix: 2018-01-04

Cavab #236 : Şeyx Fovzan – Peyğəmbərin qəbri məsciddədirmi?


Şeyx Saleh əl–Fovzan:

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) səhih hədislərdə qəbirlərin üzərinə nəsə tikməkdən çəkindirmişdir. Peyğəmbər ölüm anında ikən bundan çəkindirmişdir. Ölüm ayağında ikən buyurmuşdur: “Allah yəhudi və xristianlara lənət etsin! Onlar peyğəmbərlərinin qəbirlərini məscidlər etdilər. Diqqətli olun! Əsla, qəbirləri məscidlərə çevirməyin, çünki mən bunu sizlərə qadağan edirəm!”

Ölüm ayağında ikən ümmətə nəsihət edirdi. Nəsihət edirdi ki, yəhudi və xristianlar kimi olmasınlar.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:
“Onların – yəni, yəhudi və xristianların – arasında saleh bir kəs və ya saleh bir qul ölərkən, onun qəbri üzərində məscid tikərdilər. O məscidi şəkillərlə bəzəyərdilər. Onlar, Allah qatında məxluqatın ən şərliləridir.

Digər bir hədisdə isə deyilir: “Həqiqətən, məxluqatın ən şərliləri – Qiyamət qoparkən həyatda olanlar və qəbirlərin üzərində məscid tikənlərdir.”

Həmçinin Peyğəmbər (sallAllahu aleyhi və səlləm) qəbirləri ziyarət edən qadınları, onları məscid edənləri və qəndil asanları lənətləmişdir. Buna görə də, qəbirlərin üzərində nəsə tikmək caiz deyildir. Çünki bu şirkə aparan vasitələrdən, yəhudi və xristianların əməllərindəndir. Onlara bənzəmək isə bizə qadağan edilmişdir. Həmçinin bu ölülər haqda həddi aşmaq sayılır. Məhz bu səbəbdən, bu əməl caiz deyildir və bu, həqiqətən də, İslam ümməti üçün böyük təhlükədir.

Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) qəbrinin məsciddə, yəni, Məscidi-Nəbəvidə olmasına gəldikdə isə, deyirik ki, xeyr! Peyğəmbərin qəbri məsciddə deyildi! Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) qəbri məsciddən kənarda evin içində idi. Onu Bəqi qəbiristanlığında deyil, evində dəfn etdilər. Çünki onun haqqında həddi aşmaqdan və özündən öncəki peyğəmbərlərin qəbirləri barədə həddi aşdıqları və üzərində tikdikləri kimi əməllərin olacağından ehtiyat olunurdu. Məhz bu səbəbdən Aişə (Allah ondan razı olsun) buyurmuşdur: “Əgər qəbrin məscid ediləcəyindən ehtiyat edilməsəydi, qəbri açıq yerdə olardı.”
Deməli, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) evində dəfn edildi, məsciddə deyil! Valid ibn Abdul–Məlikin dövründə məscidin genişləndirilməsinə ehtiyac olduğundan məscid genişləndirilərkən, həmin otaq da məscidə daxil edildi. Bu xəta idi və elm əhli buna razılıq verməmişdir. Bunu onlarla məsləhətləşməmiş ediblər. Bunu sadəcə rəhbər etmişdir. Bu, elm əhli ilə məşvərət edilmiş bir əməl deyil. Çünki öncələr səhabələr də, məscidi genişləndirmişdilər. Onlar şərq tərəfdən deyil, cənub və qərb istiqamətində böyütdülər. Daha sonra Valid (Allah onu bağışlasın) gəldi və qəbrin olduğu otağın məscidə daxil edilməsinə göstəriş verdi. Bu bir xəta idi. Və bu beləcə qalmışdır. Çünki, dəyişdirməyə cəhd olunsa və məsciddən qırağa çıxarılsa fitnə düşər və şər meydana gələr. Beləcə də, qaldı. Hal–hazırda o qorunur, heç kim onun yanında şirk və ya Allahdan başqasına dua etmək kimi hər hansısa bir əməl edə bilməz. Qorunur və gözətçilər vardır. Ətrafı isə divarlarla əhatə olunmuşdur. Qəbri divarlarla əhatə olunmuşdur. Heç kim qəbri görə bilməz. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurmuşdur: “Allahım, qəbrimi ibadət edilən bütə çevirmə!”
İbnul Qeyyim (rahiməhullah) buyurur: “Aləmlərin Rəbbi duasını qəbul edib, qəbrini üç divarla əhatəyə aldı.”
Deməli, qəbir divarların içindədir. Onu heç kim görə bilməz. Eləcə də, heç kim divarların arxasında durub dua da edə bilməz. Çünki bu qadağan olunmuşdur. Allaha həmd olsun ki, xeyir və elm əhli olan gözətçilər vardır. Buna aid hər bir şeyi qadağan edirlər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir