Oxunma sayı: 196

Sual #233 : Şeyx Useymin – Qadın toylarında şəkil və video çəkmək


Tarix: 2018-01-04

Cavab #233 : Şeyx Useymin – Qadın toylarında şəkil və video çəkmək


Şeyx Saleh əl-Useymin:

Bayaq qeyd etdiyim kimi toy məclislərində şəkil çəkməyin qadağan olunmasına dair çox ciddi bir məsələni də, vurğulamaq istəyirəm:

Çox eşidirik ki, bəzi qadınlar bu cür məclislərə özləri ilə fotoaparat gətirirlər. Mən anlaya bilmirəm, axı onlara kim icazə vermişdir ki, məclislərdə şəkil çəkib, sonra da bunu qəsdli və ya qəsdsiz insanlar içində nümayiş etdirsinlər?! Məgər onlar elə düşünürlər ki, bu etdikləri əməl təqdirə layiqdir? Məncə heç kim onların bu əməlini bəyənməz. Güman etmirəm ki, hansısa bir kişi öz qızının, bacısının yaxud arvadının şəklinin çəkilməsinə və həmin şəkillərin istədiyi zaman istənilən adama göstərmək üçün belə azmış qadınlarda qalmasına razı olar! Məgər siz kişilərdən kimsə razı olarmı ki, məhrəmlərinin şəkillərini digər insanlar görüb, gözəl olmadığı təqdirdə onu məsxərəyə qoysunlar, gözəl olduğu təqdirdə isə fıtnəyə səbəb olsun?

Biz hələ bundan daha çirkin olanı eşitdik. Bizə çatana görə, bəzi həddi aşmış qadınlar canlı çəkiliş üçün özləri ilə məclisə video kamera gətirirlər. Həmçinin eşitdiyimizə görə, bəzi ölkələrdə qadın məclislərində video çəkiliş aparanlar cavan oğlanlar olur. Onlar bu məclislərdə qadınlarla qarışır və ya onlarla tək otururlar. Şəriətdən azca xəbəri olan hər bir ağıl sahibi və arif olan kəs bu əməlin münkər və haram olduğuna şübhə etməz. Bu əməl özünü kafirlərə bənzətməklə, özünü alçaldanların yolunu getməkdir!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir