Oxunma sayı: 185

Sual #232 : Şeyx Ubeyd əl-Cəbiri – Mən öz rəyimdən dönmüşəm (Namaz qılmayanın hökmü)


Tarix: 2018-01-04

Cavab #232 : Şeyx Ubeyd əl-Cəbiri – Mən öz rəyimdən dönmüşəm (Namaz qılmayanın hökmü)


Şeyx Ubeyd əl-Cəbiri:

Namazın fərzliyini təsdiq edərək tənbəllikdən dolayı namaz qılmayan kəs kafirdir yoxsa fasiq? Bu məsələdə alimlər arasında iki rəy vardır. Əbu Hənifə, Zuhri, Məlik, Şəfii, Əhməddən gələn iki rəydən biri, Hənbəli alimlərinin və s. cümhur (əksər) alimlərin rəyinə görə, belə bir kimsə fasiqdir. İmam Əhməddən (rahiməhullah) gələn ikinci rəydə isə belə bir kimsə kafirdir. Hər iki qrup bu barədə Sünnədən dəlillər zikr edirlər. Mən isə bir neçə mühüm faydanı zikr edəcəm:

Birinci: Hər iki rəydən birini özünə seçən kimsəyə digər tərəfi pisləməsinə icazə yoxdur. Eşitdiyiniz kimi hər iki tərəfin, sələflərdən dəlilləri və sübutları vardır. Əksinə kiminsə öz rəyinə dəlilləri varsa qoy zikr etsin, lakin kimisə məcbur etməsin. Lakin bu məsələdə həddi aşaraq insanları ittiham edən kimsələr bidətə yol vermişdir, bunu hiss etsə də, etməsə də belədir.

İkinci: Sonuncu suala gəldikdə isə: Bir nəfər də olsun Sünnə əhlindən olub, İslam şəriətini bilən alim bu məsələdə heç zaman həddi aşmamışdır. Onlar üstün saydıqları rəyi dəlil ilə üstün tutublar! Xüsusi ilə qeyd etmək istəyirəm ki, namazı tənbəllikdən tərk edənləri fasiq sayan alimlər, namazın tərkini böyük küfr görən alimlərdən heç kimi-Xəvaric adlandırmamışdır. Əksini söyləyənlər də, digər tərəfi murciəlikdə ittiham etməmişdir. Bu cür ittiham son zamanlarda sayılıb–seçilməyən, mötəbər olmayan kimsələr tərəfindən atılmışdır. Onlar deyirlər ki: “Sən murciəsən! Nə üçün sən namazı tənbəllikdən tərk edəni kafir görmürsən? Nə üçün onu küfrdə ittiham etmirsən?”

Qəribədir! Mən sənin nəfsi–istəyinə tabe olmalıyam? Bir də ki, mən bu məsələdə cümhur (əksər) alimlərin yoluna qayıtmışam. Bilin və agah olun ki, mənə çatan dəlillərə əsasən əvvəlki rəyimdən çəkinib, namazı tənbəllikdən tərk edənin fasiq olması rəyini qəbul edirəm. Heç kəs məni köhnə rəyimə dönməyə məcbur edə bilməz. Nə üçün? Çünki mənim üzərimdə hakim deyildir ki: “Nə üçün sən bu rəyi götürmüsən?” deyib, məni məcbur etsin! Bu onun işi deyildir. Çünki mənim əlimdə ilk sələf imamlarının dəlilləri vardır. Əgər məni mürciəlikdə ittiham etsən, istəməsən də, onları da ittiham etmiş olacaqsan. Məni murciəlikdə ittiham edirsən?! Əgər desə ki: “Yox, mən onları ittiham etmirəm!” Nə üçün məni murciəlikdə ittiham edir, onları isə ittiham etmirsən? Nə üçün? Bunu deyəcəyinə görə indi sənin boynunu qılıncla vurmayacaqlar ki… Əgər sən məsələni iki fərqli tərəzi ilə ölçürsənsə, o zaman sən oyun oynayırsan. Sən nə Sünnəni başa düşmüsən, nə də dərk etmisən.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir