Oxunma sayı: 203

Sual #229 : Şeyx Salih Ali Şeyx – İslam və küfr diyarı


Tarix: 2018-01-04

Cavab #229 : Şeyx Salih Ali Şeyx – İslam və küfr diyarı


Şeyx Salih Ali Şeyx:

Önəmli olan budur ki, bir ölkənin hökmü rəhbərin kimliyindən asılı deyil. Ola bilər ki, rəhbər müsəlman olsun, ölkə isə küfr diyarı olsun. Yaxud rəhbər kafir, ölkə isə İslam diyarı olsun. Ola bilər ki, məsələ qaranlıq (müştəbih) olsun. Bu kimi hökmlər çox dəqiqlik tələb edən hökmlərdir. Mən daimə gənclərə, elm tələbələrinə tövsiyyə edirəm ki, bu kimi məsələlərə baş qoşmasınlar. Çünki gənc, yaxud elmdə yeni olanlar, bu kimi məsələlərə müdaxilə etdikdə buna təəssübkeşlik yönündən yanaşa bilərlər. Nəticədə onun təəssübkeşliyi verdiyi hökmə təsir edəcəkdir. Bu isə layiq olmayan bir işdir, bundan əl çəkmək lazımdır. Müəyyən bir İslam ölkəsinə (küfr diyarı) hökmünü vermək üçün orada küfr və ya İslam hökmlərinin üstünlük təşkil etməsinin müəyyənləşdirilməsi halında alimlər ixtilaf edə bilərlər. Müəyyən bir ölkənin küfr diyarı olması qərarı alimlərə məxsusdur. Yəni, bu ölkədə küfr hökmü çoxdur, yoxsa yox? Şeyxul İslam ibn Teymiyyədən soruşurlar ki, bir ölkədə hər ikisindən (həm küfr, həm İslam) varsa onun hökmü nədir? Ona görə də, bu kimi məsələlərin hökmünü yalnız alimlərə, mürtədlərin əhkamları barədə fətva verən alimlərə həvalə etmək lazımdır. Fətva da buna uyğun verilməlidir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir