Oxunma sayı: 210

Sual #226 : Şeyx Racihi – İŞİD haqqında və dövlət rəhbərinə tabe olmaq.


Sual:

Müsəlman gəncləri İŞİDdən çəkindirmək üçün, onlara nə nəsihət edirsiniz?

 

Tarix: 2018-01-04

Cavab #226 : Şeyx Racihi – İŞİD haqqında və dövlət rəhbərinə tabe olmaq.


Şeyx Abdul-Aziz ər-Racihi:

Cavanlara nəsihətim odur ki, İŞİDdən uzaq olsunlar. Öz ölkələrində qalsınlar. Öz dövlət rəhbərlərinə tabe olsunlar, alimlərə bağlansınlar və dini öyrənsinlər. O cür camaat və firqələrdən çəkinsinlər. Onlar qatillərdir. Onlar əhli-sünnəyə müxalif olanlardır. Qoy cavanlar öz dövlət rəhbərlərinə tabe olsunlar. Alimlərə qayıtsınlar və dinlərini öyrənsinlər.

Sual verən:

Şeyx Abdul-Aziz, Səudiyyədə bəziləri var ki, dövlət başçısına tabe olmaq istəmirlər. Onlara nə deyərdiniz?

Şeyx Abdul-Aziz ər-Racihi:

Onları boş verin, onlara qulaq asmayın! Onlar əhli-sünnəyə müxalifdirlər. Əhli-Sünnənin öz yolu vardır və müsəlmanlar öz dövlət başçılarına tabe olmalıdırlar. Şeyxul-İslam deyib ki, kim camaatdan bir qarış ayrılarsa, cahiliyyə ölümü ilə ölmüş kimidir. İxtilaf etmək, bölünmək, ayrı camaat yaratmaq fitnədir. Düşmənlərin müsəlmanlara qarışmasına (içlərinə tənəzzül edib, onları parçalamasına) və başqa şeylərə səbəbdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir