Oxunma sayı: 200

Sual #222 : Şeyx Ğuneyman – İŞİD VƏ Suriya haqqında (YENİ)


 

Sual verən:

Şeyx Abdullah əl- Ğuneymandır?

Şeyx Abdullah əl-Ğuneyman:

Bəli, mənəm.

Sual verən:

Sizdən Suriyada baş verənlər barədə və orada elan edilmiş İslam Xilafəti haqda soruşmaq istəyirəm. Bu şəriətə müvafiqdirmi? Çünki hal-hazırda narahatçılıq çoxalıb və biz çıxılmaz vəziyyətdə qalmışıq.

Tarix: 2018-01-04

Cavab #222 : Şeyx Ğuneyman – İŞİD VƏ Suriya haqqında (YENİ)


Şeyx Abdullah əl-Ğuneyman:

Xeyr! Onlara inanmaq olmaz və onların yanına getmək caiz deyildir. Çünki baxsan görərsən ki, onlar xəvariclərdir. Onlar müsəlmanları qətlə yetirir və haqla batili ayıra bilmirlər.

Sual verən:

Mən sizə İŞİD haqda sual verən həmin adamam! Qardaşlar məndən bu məsələ haqqında soruşurlar. Onlar deyir ki, İŞİD tərkibində elə cavanlar var ki, onlar müsəlmanları təkfir etmir və onların qanını axıtmırlar. Bu cavanların İŞİDdə onlarla birlikdə olması, bunları da günahkar edirmi? Bu cavanlara nə nəsihət edərdiniz?

Şeyx Abdullah əl-Ğuneyman:

Əgər dediyin bu cavanlar onlarladırsa, mən bunları da onlardan sayıram. Çünki batildən və onun əhlindən uzaqlaşmaq vacibdir. Və bu gənclər onların yanında olmamalıdırlar. Bu gənclərin onlarla birlikdə olması, bunları da onların hökmünə salır və bu gənclər də onlardandır!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir