Oxunma sayı: 201

Sual #220 : Şeyx Fovzan – Şübhəsiz ki, bu əməl küfrdür, lakin onu edən hələ kafir olmur!


Sual:

Küfrlə vəsf etməklə hər hansısa bir insanın kafir olmasını söyləmək və ya onun kafir olmasına etiqad etmək arasında bir fərq vardırmı?

Tarix: 2018-01-04

Cavab #220 : Şeyx Fovzan – Şübhəsiz ki, bu əməl küfrdür, lakin onu edən hələ kafir olmur!


Şeyx Fovzan:

Allahdan qeyrisinə dua etmək, qurban kəsmək, (Ondan qeyrisindən) kömək istəmək, dini məsxərəyə qoymaq, (dini) söymək – kimi əməllər alimlərin yekdil rəyinə əsasən heç bir şəksiz küfrdür!

Lakin bu cür əməlləri edən fərdi insana gəldikdə isə baxmaq lazımdır. Əgər o cahildirsə və ya təvil edibsə, yaxud təqlid edibsə, ona izah edənə qədər küfr hökmü verilmir. Çünki onun bu haqda bir şübhəsi və ya cahilliyi ola bilər. Hüccət qaldırmadan ona küfr hökmü verməyə tələsmək olmaz. Ona hüccət çatdıqdan sonra isə yenə də öz yoluna davam edərsə, bundan sonra onun küfrünə hökm verilər. Çünki bundan sonra (ona hüccət çatdırıldıqdan sonra) artıq onun üzrü qalmamışdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir