Oxunma sayı: 222
Sual #218 : Şeyx Fovzan – Özünə müsəlman deyib, namaz qılmayanlarla necə müamilə edək?
Sual verən:
Fəzilətli şeyx, Allah sizi müvəffəq etsin! Ölkəmizdə özünə müsəlman deyən kəslər çoxdur, lakin onlar namaz qılmırlar.
Şeyx Fovzan:
Namaz qılmırlar?
Sual verən:
Bəli, namaz qılmırlar. Biz onlarla necə davranaq (müamilə edək)? Özü də biz, namaz qılmayanın kafir olduğu görüşündəyik.
Tarix: 2018-01-04
Cavab #218 : Şeyx Fovzan – Özünə müsəlman deyib, namaz qılmayanlarla necə müamilə edək?
Şeyx Fovzan:
Ola bilsin onlar cahildirlər. Onlara namazın vacibliyini və İslam rüknlarından biri olduğunu bəyan edin! Əgər onlara bəyan olduqdan sonra qəsdlə namazı tərk edər və namaz qılmamaqda israr edərlərsə, o zaman onlar kafirdirlər. Onlar ilə kafir müamiləsi edilir. Çünki artıq onların heç bir üzrləri qalmamışdır.
Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)