Oxunma sayı: 204

Sual #217 : Şeyx Fovzan – O kafir olmur, çünki cahilliyi ona üzrdür!


Sual:

“Cənnətdə Allah görünməyəcək” deyən kəs kafir olurmu?

Tarix: 2018-01-04

Cavab #217 : Şeyx Fovzan – O kafir olmur, çünki cahilliyi ona üzrdür!


Şeyx Fovzan:

Allahı görmək çoxsaylı dəlillərlə sabitdir. Kim mütəvatir (çoxsaylı) dəlillərlə varid olan bir şeyi inkar edərsə, kafir olur. Allahı görmək də, mütəvatir olaraq, çoxlu hədislərlə varid olub.

Lakin təqlidçi, cahil və təvil edən cahilliyinə görə və təvil etdiyinə görə üzrlüdür. Ona kafir hökmü yox, zəlalətdə olması hökmü verilir.

Amma kim ki, (bu haqda) varid olan hədisləri bilərsə, həmçinin səhihliyini də bilərsə və bununla yanaşı bunu inkar edərsə, o zaman kafir olur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir