Sual #215 : Şeyx Fovzan – Namaz qılmayanın hökmü haqda əksər alimlərin görüşü
Sual:
Allah sizi xeyirlə mükafatlandırsın. İmanın artıb-azaldığını, imanda istisna olduğunu və əməllərin imandan olduğunu söyləyən, lakin namazı tərk edəni kafir görməyən kəs murciədirmi?
Cavab #215 : Şeyx Fovzan – Namaz qılmayanın hökmü haqda əksər alimlərin görüşü
Şeyx Fovzan:
Xeyr, belə bir kəs murciə deyildir. Çünki, o kəs əgər namazın vacibliyini inkar edirsə, bu halda icma ilə kafirdir. Lakin namazın vacibliyini inkar etmədən, yalnız tənbəllikdən dolayı tərk edibsə, alimlər həmin kəsin kafir olub-olmamasında ixtilaf etmişdirlər. Alimlərin əksəriyyəti həmin kəsin böyük deyil, (İslamdan çıxarmayan) kiçik küfr etdiyini söyləmişdir. Tədqiqatçı alimlər həmin kəsin kiçik deyil, böyük küfr etdiyi görüşündədirlər. Çünki kiçik küfr olmasına dair bir dəlil yoxdur, böyük küfr sayılır. Lakin kim ki, bunu (tənbəllikdən dolayı namaz qılmayanın müsəlman olduğunu) söyləyir, o murciə deyildir. Murciə deyildir. Çünki bu məsələ ixtilaflıdır.