Oxunma sayı: 213

Sual #211 : Şeyx Fovzan – Kitabları özbaşına oxumaq xəvariclərin yoludur.


Sual:

Fəzilətli şeyx, Allah sizi xeyirə müvəffəq etsin! Dövrümüzdə çox elmi alimlərdən almaq olmur. Ölkələrin çoxunda alimlər yoxdur. Belə olduğu təqdirdə necə düzgün elm almaq olar?

 

Tarix: 2018-01-04

Cavab #211 : Şeyx Fovzan – Kitabları özbaşına oxumaq xəvariclərin yoludur.


Şeyx Fovzan:

Elmi alimlərdən almaq vacibdir. Əgər ölkənizdə alimlər varsa. Yox əgər yoxdursa, onlar olan ölkəyə səfər et. Bunlardan heç birinə imkan olmazsa, sənə fürsət düşənə qədər elm tələb etməyə tələs. Lakin öz başına kitablardan elm öyrənmə! Özbaşına öyrənmək çox təhlükəlidir. Çünki təkfirçilər peyda olurlar, hansı ki, onlar kitabları özbaşına oxuyurlar və düzgün mənasını başa düşmürlər. Hökmləri öz müvafiq yerlərinə qoya bilmirlər. Bu (kitabları öz başına oxumaq) xəvariclərin yoludur. Onlar alimlərdən uzaqlaşıblar, özbaşına oxuyub-öyrənirlər. Bu onların halı və yoludur! Əgər alimlərdən elm almağa imkanın olmasa, əlhəmdulilləh, sən üzrlüsən! Sənə fürsət düşənə qədər səbr et!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir