Sual #205 : Şeyx Bərrak – Zahiri əməlləri tərk edənin hökmü ixtilaflıdır.
Cavab #205 : Şeyx Bərrak – Zahiri əməlləri tərk edənin hökmü ixtilaflıdır.
Şeyx Abdurrahmən ibn Nəsir əl-Bərrak “İman və onu pozan məsələlərdə cavab” adlı risaləsində buyurur:
Şeyxin risaləsini oxuyan qari:
Qəlbin təsdiqinə gəldikdə, bu Allah və Rəsuluna itaət etməkdir. Qəlb əməllərində məsələn, Allahı və Rəsulun sevmək, Allahdan qorxmaq, Allaha ümid bəsləmək və s.
Dilin tələffüzü – şəhadət kəliməsidir: “Lə iləhə illəllah, Muhəmmədən rəsulullah!”. Beləliklə bunlar imanın sıhhət şərtləri sayılır və bu iki şey (təsdiq və iqrar) olmasa, iman gerçəkləşmir. Lakin şəhadətdən sonra gələn İslam ərkanlarında isə Əhli-Sünnə – onların hansının imanın sıhhət şərti olmasında ittifaq etməmişdirlər. Yəni, həmin əməlin tərkinin (böyük) küfr olmasında ittifaq etməmişdirlər. Əksinə, həmin əməlin tərkində ixtilaf etmişdirlər.