Oxunma sayı: 228

Sual #202 : Şeyx Albani – Atatürk haqqında


Tarix: 2018-01-04

Cavab #202 : Şeyx Albani – Atatürk haqqında


Şeyx Albani:

Bu uzun hadisədir. Lakin xülasə budur ki, mənimlə Lubnanlı bir keşişin münaqişəsi oldu. Bu hadisə, otuz il bundan öncə Dəməşqdə olmuşdur. Bu insan müsəlmanların dində həddi aşmaqlarına etiraz edirdi. Ələlxüsus da, Kamal Atatürkə kafir deməklərinə görə etiraz edirdi. Hansı ki, qabaqlar onun adı Mustafa Kamal Paşa idi. Məlumdur ki, həmin bu türk rəhbər orada İslam şəriətinin əvəzinə dünyəviliyi və dinsizliyi gətirmişdir. (Onları şəriət etmişdir.) Qeyd etmək istədiyim odur ki, o vaxt onun kafir olması haqda fətva çıxdı və bu düzgün fətva idi. O (öz qanunlarını halal görərək) İslam şəriətini dəyişdirmişdir. Məsələn, mülki məcəllədə dəyişiklik etdi, miras payında kişi ilə qadınları bərabərləşdirdi və s.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir