Oxunma sayı: 214

Sual #201 : Şeyx Abdurrazzaq əl-Abbad – Fitnə baş verdikdə


Tarix: 2018-01-04

Cavab #201 : Şeyx Abdurrazzaq əl-Abbad – Fitnə baş verdikdə


Şeyx Abdurrazzaq əl-Abbad:

Gənclər diqqətli olub, hər şüara, hər çağırışa aldanmasınlar. Belə (fitnəli) hadisələr baş verdikdə, böyük elm əhlinə müraciət etsinlər. Allah rəsulu (sallAllahu aleyhi və səlləm) buyurur: “Bərəkət böyüklərinizdədir!”

Kimsə hər hansısa bir məsləkə və ya hansısa bir yola dəvət olunduqda, elmdə püxtələşmiş, dərsləri, fətvaları, bəyanatları və nəsihətləri ilə tanınan böyük elm əhlinə müraciət etmək lazımdır. Belə (fitnəli) vəziyyətdə onlara müraciət etmək lazımdır. Lakin fitnə baş verdikdə nabələd insanlar özləri də hiss etmədən həlak olurlar. Elə böyük məsələlərə girirlər ki, bəlkə də, sonucda ordan çıxmaq üçün bir çıxış yolu axtarsalar da, tapa bilmirlər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir