Oxunma sayı: 187

Sual #197 : Şeyx Abbad – Cahilliyi üzr görənlər murciədirmi?


Sual:

Allah sizi qorusun! Dünən cahilliyin üzrlü olması məsələsi qeyd olunmuşdur. Sual budur ki, cahilliyi üzr görənlər murciədirmi?

Tarix: 2018-01-03

Cavab #197 : Şeyx Abbad – Cahilliyi üzr görənlər murciədirmi?


Şeyx Abdul-Muhsin əl-Abbad:

Hal-hazırda cahilliyin üzrlü olması məsələsi ilə məşğul olmaq geniş vüsət almışdır. Bəziləri bu məsələ ilə özlərini məşğul edir və çoxları bu məsələdə cahillik edirlər. Yəni, bu məsələ haqda danışanların çoxu, elə özləri cahildir və bu məsələlərdən bixəbərdirlər. Beləcə boş-boş danışaraq “o belə dedi, bu belə dedi” deməklə özlərini məşğul edirlər. Əksinə, insan elmlə məşğul olmalı və özünü belə məsələlər ilə məşğul etməməlidir. Yəni, insanlar arasında “filankəs belə dedi və s.” sözləri yaymamalıdır. Gərək insan ona xeyir gətirəcək şey ilə məşğul olsun. İnsanların bu məsələ ilə məşğul olub bir-birilərinə dedikləri sözlərə gəldikdə isə, bunlar yol verilməzdir.

Sual:

Bəziləri bir rəyə görə bu məsələdə (yəni, cahilliyin üzr olmamasında) icma olduğunu deyirlər. Bu doğrudurmu?

Şeyx Abdul-Muhsin əl-Abbad:

Bu məsələdə icma olduğunu bilmirəm, xəbərim yoxdur!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir