Oxunma sayı: 161

Sual #196 : Şeyx Süleyman Ruheyli – Bidət əhlindən elm alma, onlara yaxınlaşma, həlak olarsan


Tarix: 2017-12-24

Cavab #196 : Şeyx Süleyman Ruheyli – Bidət əhlindən elm alma, onlara yaxınlaşma, həlak olarsan


Şeyx Süleyman ər-Ruheyli:

Elm əhlində sabit olmuş qayda, özü də çox mühüm olan bir qayda budur ki, haqq (elm) batil əhlindən tələb olunmaz!!! Amma birdən gələrsə, bu halda haqq hər bir kəsdən qəbul olunur.

Fikir verin, burda iki məsələ oldu.
Birincisi budur ki, batil əhlindən haqq (elm) tələb olunmaz, batil əhlinin yanına gedib, onların yanında haqqı (elm) tələb etmirik!!! Çünki əslən batil əhli yolu itirib, (insanları) batilə yönəldirlər. Biz bidət əhlinin yanına gedib, onlardan elm tələb etmirik, onlardan haqqı öyrənmirik

(İkinci məsələ isə) lakin haqq gələrsə, öz nurunu saçar, öz nuru ilə nurlanarsa, kim olur olsun, biz haqqı qəbul edirik.

Bəzi tələbələrin hər iki tərəfdən məsələni qarışdırıb, düzgün başa düşməmələrinə görə buna xüsusi diqqət yetirirəm. Bəzi elm tələbələri deyirlər ki, “batil əhlindən elm tələb etmirik”. Onların bu sözləri haqdır.

Eləcə də deyirlər ki, “Əgər haqq batil əhlindən gələrsə, onlardan gəldiyinə görə qəbul etmirik”. Bu sözləri isə batildir.

Bəzi insanlar isə əksinə gedərək deyirlər: ” Madam ki, kimdən olur olsun haqq gəldikdə, əgər qəbul ediriksə, onda kimdən olur olsun haqqı da (elmi də) tələb edirik”. Bu ikinci söz də batildir.

İmam Malik dediyi kimi “Batilə yaxın düşmək həlakdır!!!”

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir