Sual #195 : Şeyx Zeyd əl-Mədxali – ‘Xətaları düzəldirik, amma cərh etmirik’ qaydası batildir
Sual verən:
Suallarımız bəzi qaydalar barədədir, istəyirik ki, bunların doğru olub-olmadığını bizə bəyan edəsiniz.
Birinci qayda: “Xətaları düzəldirik, amma cərh etmirik” qaydası barədə nə deyərdiniz?
Cavab #195 : Şeyx Zeyd əl-Mədxali – ‘Xətaları düzəldirik, amma cərh etmirik’ qaydası batildir
Şeyx Zeyd əl-Mədxali:
Bu qayda elmlərinə güvənilən Rəbbani alimlərin qaydası deyil.
Əvvəlki və sonrakı alimlərin qaydaları yalnız və yalnız budur ki, -” düzəltmək, səhihləşdirmək düzəltməyə layiq olanlar üçündür”, -“təcrih isə təcrihə layiq olanlar üçündür”. Saleh sələflər olan Əhli Sünnə vəl-Cəməa və onların Qiyamət gününədək olan tabeçiləri də bunun üzərində addımlamışlar.
Cərh və tədil kitabları heç də zehnlərdən uzaqda deyildir (yəni, cərh və tədil alimləri öz kitablarında bu qaydanı tanımayıblar-tərc.)
Bu qayda xəta olub, başqalarını da xətaya salmaqdır. Bu qayda sahibi ya cahildir, ya da ki, hiyləgərdir, insanları azdırır, onunla Allah Özü bilsin.
Allahdan istəyirik ki, onu hidayət etsin, gözəl tərzdə haqqa tərəf qaytarsın. Əmin.