Oxunma sayı: 225
Sual #187 : Şeyx Abbad – Hökm vermək üçün cərh olunmuşa qulaq asmaq lazımdırmı?
Sual:
Bəziləri cərh və tədil məsələsində belə deyirlər ki, kiməsə hökm vermək üçün gərək ki, o cərh olunmuş kəsə də qulaq asasan, eyni ilə qazilik məsələlərində olduğu kimi.
Tarix: 2017-12-24
Cavab #187 : Şeyx Abbad – Hökm vermək üçün cərh olunmuşa qulaq asmaq lazımdırmı?
Şeyx Abdul-Muhsin əl-Abbad:
Cərh olunmuşa qulaq asmaq?
Sual verən:
Bəli, deyirlər ki, mütləq cərh olunmuş şəxsə də qulaq asmalısan.
Şeyx Abdul-Muhsin əl-Abbad:
O qazi yanında olduqda elədir, mübahisələr olduqda qazi iki tərəfə də qulaq asır.
Amma cərh məsələlərində isə (elə deyil), məsələn alimlər ravilərdən danışıblar, yəni, gərək o ravilərə qulaq asıb, dinləsinlər?! (Şeyx gülür…)
Sual verən:
Allah razı olsun.
Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)