Oxunma sayı: 177

Sual #172 : Şeyx Useymin – Peyğəmbərin mövludunu keçirməyin hökmü


Sual:

Allah sizi xeyirlə mükafatlandırsın, mövlud bidəti nə zaman meydana çıxıb?

Tarix: 2017-12-24

Cavab #172 : Şeyx Useymin – Peyğəmbərin mövludunu keçirməyin hökmü


Şeyx Saleh əl-Useymin:

Hicri dördüncü əsrdə. Yəni, üç fəzilətli əsr keçdi və (bu üç əsr ərzində) heç kim mövlud keçirmədi.

Bu dördüncü əsrdə meydana çıxdı və yeddinci əsrdə çoxaldı və yayılaraq geniş vüsət aldı. Allaha həmd olsun ki, artıq bu bidətin başlanğıcını, əsasını və şəri hökmünü bəyan edən əsərlər yazılıb.

Mövludun Allahın şəriətində heç bir əsli yoxdur.

Sual verən:
Mövlud bidətini ilk dəfə kimlər edib və onlar bunu nəyə əsaslanaraq ediblər?

Şeyx Saleh əl-Useymin:
Mövlud bidətini ilk dəfə hicri təqvimlə dördüncü əsrdə Misirdə (şiələrin bir qolu olan) Fatiməlilər edib.

Yeddinci əsrdə isə İraqda bunu ilk dəfə Məlik Ərbil etdi. Bundan sonra bu, müsəlmanların arasında geniş yayıldı.

Səbəbi də Şeyxul İslam İbn Teymiyyənin “İqtida as-sirata əl-mustəqim” də dediyi kimi, bu, ya Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) olan məhəbbətdəndir və onlar zənn etdilər ki, bu, (Peyğəmbərə olan) məhəbbətin tələb etdiyi bir şeydir.

Ya da ki, xristianlara oxşarlıqdandır, çünki xristianlar İsa peyğəmbərin (aleyhissalatu vəssələm) mövludunu (doğum gününü) qeyd edirlər.

Və bunun səbəbi nə olursa – olsun, (bu əməl bidətdir və) hər bir bidət zəlalətdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir