Oxunma sayı: 159

Sual #171 : Şeyx Fovzan – Peyğəmbərin mövludunu keçirməyin hökmü


Sual:

Mənim ailəmin əksəriyyəti sufi təriqətinin Ticaniyyə qoluna mənsubdurlar. Onlar Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) mövludunu keçirirlər və çoxlu bidət edirlər.

Bizə deyirlər ki, “Siz Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) sevmədiyinizə görə onun mövludunu keçirmirsiz və Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) əsl sevən bizlərik”.
Onların bu dediklərinə nə cavab vermək olar?

Tarix: 2017-12-24

Cavab #171 : Şeyx Fovzan – Peyğəmbərin mövludunu keçirməyin hökmü


Şeyx Saleh əl-Fovzan:

Onlara de ki, mövlud keçirmək Peyğəmbəri sevməyin təcəssümü deyil. Peyğəmbəri sevən ona tabe olar.
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) mövlud keçirməyib və həmçinin, onun səhabələri də bunu etməyib.

Əgər həqiqətən də Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) sevirsənsə, mövludu keçirməməlisən, çünki bu əməl bidətdir və Peyğəmbər də (sallAllahu aleyhi və səlləm) dində bidəti qadağan edib.
Belə qısa şəkildə onlara başa sal.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir