Oxunma sayı: 169

Sual #169 : Şeyx Useymin – Dövlət başçısını pisləyəni, Allah alçaldar!


Hədisi oxuyan qari:

Əbu Bəkrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Kim sultanını (dövlət başçısını) pis göstərərsə, Allah da onu alçaldar.”
(Səhih Sünən ət-Tirmizi, 2224)

Tarix: 2017-12-24

Cavab #169 : Şeyx Useymin – Dövlət başçısını pisləyəni, Allah alçaldar!


Şeyx Useymin:

Əbu Bəkrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Kim sultanını (dövlət başçısını) pis göstərərsə, Allah da onu alçaldar.”
(Səhih Sünən ət-Tirmizi, 2224)

“Kim sultanını (dövlət başçısını) pis göstərərsə, Allah da onu alçaldar.”

Dövlət başçını pis göstərmək bir çox şəkildə olur:

Bunlardan biri dövlət başçısı bir şeyi əmr etdikdə bu əmrlərlə istehza edib “baxın görün nə danışır?!” deməsi kimi.

Həmçinin dövlət başçısı bir şey etdikdə, o insan da bunu xoşlamadıqda “baxın görün nə edir?!” deməsi kimi.

Bununla da dövlət başçısının əmrlərini insanlara pis göstərmək istəyir. Əgər belə olsa, insanlar onu pis görər və əmrlərinə tabe olmazlar, qadağalarından da çəkinməzlər.

Buna görə də o kəs ki, insanlar arasında dövlət başçısının eyiblərini yayır, onu pisləyir, əksinə özü Allahın dərgahında pis olmaq təhlükəsi ilə üz-üzə qalır.

Çünki əgər bu cür məsələlərdə dövlət başçısını pisləyərsə, insanlar dövlət başçısına qarşı çıxar, ona asi olarlar. Beləliklə o, şərin yayılmasına səbəb olar. Bu əməlinə görə Allah onu alçaldar.

Allahın ona verdiyi cəza ya bu dünyada, yaxud axirətdə mütləq olacaqdır. Çünki Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sözü haqdır.
“Kim sultanı (dövlət başçısını) pisləyərsə, Allah da onu alçaldar. Kim dövlət başçısına kömək edərsə, Allah da ona kömək edər.

Sən insanlara onun xeyir və yaxşılığını bəyan etsən, yəni, dövlət başçısına asilikdə deyil, itaət etməkdə onlara yardım etsən, yaxşılıqda, təqvada və xeyirdə yardım etsən bil ki, bu böyük bir xeyirdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir