Oxunma sayı: 164

Sual #165 : Şeyx Fovzan – Məclislərdə ölkə başçısını söymək və qeybətini etmək xəvariclikdir


Sual:

İkinci sualım da odur ki, məclislərdə ölkə başçısını söymək, onun qeybətini etmək və eyiblərini yaymaq ona qarşı çıxmaqdırmı və belə etmək nümayişlərdən sayılırmı?

Tarix: 2017-12-24

Cavab #165 : Şeyx Fovzan – Məclislərdə ölkə başçısını söymək və qeybətini etmək xəvariclikdir


Şeyx Saleh əl-Fovzan:

Şübhə yoxdur ki, başçıya qarşı çıxmaq sözlə, etiqadla və əməl ilə olur. Qarşı çıxmağın bir neçə növü vardır. Xəvariclər də bir neçə növdürlər.

O kəs ki, xəvariclərin əqidəsini etiqad edir, qarşı çıxmasa və silah qaldırmasa belə xəvaric sayılır. Etiqadı ilə xəvaricdir. 

O kəs ki, xəvariclərin çağırışını söyləyir, o da sözdə xəvaricdir. Sözü onun əksinə şahid olar.

Kim ki, sağlam mənhəcdən (yoldan) kənara çıxır o, zəlalət əhlindəndir.

“Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Belə isə (haqdan) necə döndərilirsiniz?” (Yunus, 32)

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir