Oxunma sayı: 175

Sual #160 : Şeyx Fovzan – Bidət əhlini tərif edən onlardandır.


Tarix: 2017-12-24

Cavab #160 : Şeyx Fovzan – Bidət əhlini tərif edən onlardandır.


Şeyx Saleh əl-Fovzan:

Əgər bir kimsəni şər əhlini və zəlalət alimlərini səna edən, tərifləyən görsən bil ki, o, xarabdır və azmışdır. Çünki bu adam onları yalnız onlara nisbət olduğuna və onların yollarını gözəl gördüyünə görə tərif edir.

Amma bir kəsi əhli sünnəni – imam Əhmədi, Abdullah ibn Mübərakı, həmçinin tabiinlərin alimlərini və onlardan sonra gələn alimləri tərif edən görsən bil ki, o kəs xeyir əhlidir. Çünki sünnəni sevdiyinə görə əhli sünnəni tərifləyir.

Bəzi elm tələbələri bəzi bidətçiləri və ya həva sahiblərini, təhlükəli, münhərif fikir sahiblərini tərifləyir, onların fikirlərinə və yönəldikləri (sapıq) yollarına heç bir fikir vermirlər. Bu isə çox böyük bir təhlükədir. Eyni vaxtda da, xeyir əhli barədə pis danışır, onları aşağılayır.

Belə ki, o xarab fikirli insanlara qulaq asır ki, onlar bu xeyir əhlini aşağılayır, bu da onları təsdiq edir. Bu çox böyük bir təhlükədir.

Əgər insan xeyir əhlini, elm əhlini və əhli sünnəni aşağı tutar, azğın fikirlər əhlini tərifləyərsə və təhlükəli yollar sahiblərini tərif edərsə, bu doğrudan da böyük bir təhlükədir.

Hətta heç onlarla oturub-durmasa da belə, sadəcə danışsa da belə, yenə də təhlükədir.

Bütün bunlar da bu gün çox insanların düşdükləri bu hallardan bizi çəkindirir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir