Oxunma sayı: 155

Sual #151 : Şeyx Raslan – Ey həddi aşmış, Hələbi! Allaha tövbə et!


Tarix: 2017-12-24

Cavab #151 : Şeyx Raslan – Ey həddi aşmış, Hələbi! Allaha tövbə et!


Şeyx Raslan:

Hələbinin yığdığı məqalədə olan xətaları bəyan etməmişdən öncə bəzi şeyləri açıqlamaq labüddür, yoxsa bu şeylərə baxılmasa, bu bəzi məqamlara diqqət yönəldilməsə yaxşı olmaz.

Birincisi: Ey Hələbi, hər dəfə kimlərsə sənin yadına nələrisə (xətalarını) saldıqda və ya xəta etdiyini bildirdikdə və ya səni bidətçi çıxardıqda və ya azğın olduğunu dedikdə, sən, şeyx Rabini söyür, sonra da guya rəddiyyə olaraq yazdığın öz qaralamalarını və qusduqlarını zikr edirsən.

Yoxsa ki “Rabi qorxusu” sənin canına üşütmə salaraq, bütövlükdə ağlını bürümüşdür? Yəni ki, iş bu dərəcəyə çataraq, bu qorxu səni məcnunmu etmişdir?!

Yoxsa ki bu həyəcan dolu şiddətli qorxu getdiyin hər bir yolda səni izləyirmi?! Atdığın hər bir addımda səni qorxudurmu?! 

Yoxsa ki artıq şeyx Rabinin adı ağlını götürüb aparan, fikirlərini kökündən yox edən bir qasırğayamı çevrilib?!
Beləliklə də adı zikr olunduqda müsəlmanları təkfir edirsən.

Sən ğüluv etməyi (həddi aşmağı) özündən inkar edirsən, lakin xəyanət edərək bunu başqalarına yapışdırırsan?!

Sən deyildinmi deyən ki, “onlar (sələflər) boynu bükük müti halda Avalini (Məkkədə şeyxin yaşadığı yer) ziyarət edir, qurbangahında sədəqələr verir və onun önündə qurbanlar kəsirlər!!”?!

Vay olsun sənə!!!
Ağzından çıxanı özün bilirsənmi?!
Vay olsun sənə!!!

Yoxsa dəlilik səni o həddə qədər aparıb ki, belə iddia edirsən ki, şeyx ibadət olunan məbudamı çevrilib, onun sədəqələr verilən və önündə qurbanlar kəsilən qurbangahımı vardır?!

Ey Hələbi, yoxsa Avaliyə gedənləri təkfirmi edirsən?!
Artıq sən, həddi aşmış bir təkfirçiyə də çevrildin!

Ey Hələbi, ey ğulatların (həddi aşmışların) imamı, Allaha tövbə et!!

Heç sən sədəqələr verilib, qurbanlar kəsilən qurbangahların harada və kim üçün olduğunu bilirsənmi!! Müsəlmanları təkfir etməkdən Allaha tövbə et.

Artıq “Rabi qorxusu” səni əqidənin sabit, dəyişilməz yerlərində qafil etmiş və axmaqlığının ucu-bucağı olmayan dərinliklərinə aparmışdır!

Ey insanlar!
Bu həmin o Hələbidir ki, insanlara həddi aşmaq (ğüluv etmək) ləkəsini atır. İrca ğüluvvundan çıxıb, təkfir ğüluvvuna girir.

Həqiqətən Allahın Öz yaratdıqları üzərində gördüyü işlər vardır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir