Oxunma sayı: 230
Sual #150 : Şeyx Fovzan – Bidət əhli ilə oturma
Sual:
Bidətinə çağıran bidət əhli ilə oturub-durmaq olarmı?
Tarix: 2017-12-17
Cavab #150 : Şeyx Fovzan – Bidət əhli ilə oturma
Şeyx Saleh əl-Fovzan:
Bidət əhli ilə oturub-durmaq olmaz! Çünki bu şey onlarla oturub-duran insanlara təsir edir.
Allah təalə deyir:
“Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım qövmlə oturub durma.” [ Ənam, 68 ]
Elə isə zalım qövmlə oturub-durmaq olmaz və bidətçilər də zalımların sinfindəndirlər. Hətta zalımların ən şiddətlilərindəndir. Onlarla oturub-durmaq, yoldaşlıq etmək olmaz, çünki onlar özləri ilə oturub-durana, yoldaşlıq edənə təsir edirlər.
Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)