Oxunma sayı: 162

Sual #145 : Şeyx Rabi əl-Mədxali – Bir kəsi alimlərdən bəziləri bidətçi görür, bəziləri isə görmür


Sual:

Bir kəsi alimlərdən bəziləri bidətçi görür, bəziləri isə görmür. Bəzi elm tələbələri də bu bidətçi görməyənin sözünü götürərsə, mənə bu tələbəyə inkar etmək icazəlidirmi?

Tarix: 2017-12-17

Cavab #145 : Şeyx Rabi əl-Mədxali – Bir kəsi alimlərdən bəziləri bidətçi görür, bəziləri isə görmür


Şeyx Rabi əl-Mədxəli:

Bu şey bu günkü gündə sahədə mövcud olan və uzanıb gedən fitnələrdən biridir. Baxmayaraq ki, cavanlardan çoxu haqqı bilirlər ki, bir kəsi bidətçi görməkdə və ya cərh etməkdə icmanın olması şərt deyildir. Əksinə, cərh və tədildə bir nəfərin sözü kifayətdir.

Əgər bir kəsi bir neçə elm əhli cərh edər və ya bidətçi görərsə, haqqı axtaran müsəlmana bu kifayət etməlidir. Amma həva sahibinə isə heç bir şey kifayət etmir və gedib hörümçək torundan yapışır. Ola bilsin ki, bəziləri məşğul olduqları üçün bu cərhdən elmsiz qalmışlar. Lakin başqaları isə (onun halına, dediklərinə) baxıblar, öyrəniblər və biliblər ki, bu kəs cərh olunmuşdur, cərh olunmağa haqlıdır, çünki yalançıdır, çünki ədalətdən düşmüşdür, çünki alimlərə tən edir, çünki sələfi mənhəcinə və əhlinə qarşı müqavimət göstərmək üçün xarab üsullar, qaydalar icad edir.

Bütün bunları bilib, sonra da heç onlara lazım olmayan nəsihətlər etdi, bəyan etdikdən və o da üz döndərdikdən sonra bu kəsi bidətçi görməyə məcbur olmuşlar.

Belə olduqda o hörümçək torundan yapışan kəsin hansı üzrü qalır?!
Yalnız başlayır deməyə ki, “filanləs onu tərifləyib”, “onun bidətçi olmasında icma etməyiblər”.

Bu kəsi bidətçi görməyənlər iki qismdir:

(Birinci qism:) onun sözlərini öyrənməyənlər, bunlar üzrlüdürlər.

İkinci qism isə, onun dediklərini, qaydalarını öyrəniblər və sonra da onun batillərini müdafiə edirlər.

Bu insanlar onun batillərini öyrəniblər, tanıyıb, biliblər, sonra da bu bidətçini himayə etməyə üz tutublar. Bunların heç bir qiyməti yoxdur. Susanların susmağında da, heç bir hüccət yoxdur. Hüccət bu insanda olanları bəyan edib, onu cərh edənlərdədir. Haqqı götürmək insaflı kəsə vacib olan şeydir, çünki hüccət onlardadır.

Yoxsa ki, hörümçək torundan yapışan kəslərdə Allahın qarşısında heç bir üzr yoxdur.

Allah sizə bərəkət versin.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir