Oxunma sayı: 171

Sual #142 : Şeyx Useymin – Bidət əhlindən elm alınmaz, hətta qrammatika olsa belə


Kitabı oxuyan qari:

İmam Məlik ibn Ənəs deyir:
“Dörd nəfərdən elm götürülməz, bunlardan qeyrisindən götürülər:

Səfehdən, insanları öz havasına çağıran hava əhlindən, insanlarla danışığında yalançı olandan, hətta Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) hədislərində yalanla ittiham olunmasa da belə və fəzilət sahibi, saleh biri, ibadət əhli olsa da nə danışdığını bilməyən şeyx (və ya qoca)

Tarix: 2017-12-17

Cavab #142 : Şeyx Useymin – Bidət əhlindən elm alınmaz, hətta qrammatika olsa belə


Şeyx Useymin:

İmam Məlikin sözündən bilinən budur ki, o, bidət əhlindən heç bir şey götürmürdü, hətta məsələ o kəsin bidətinə aid olmasa da belə.

Misal olaraq:
Bir bidətçi var, ərəb dilində – bəlağət, nəhv, sarfda yaxşıdır (bunlar ərəb dilinin şöbələridir). Bu insanın yanında oturub onda olan bu elmi ondan götürəkmi? Yoxsa ondan həcr edək, onu tərk edək?

Tələbələr: Tərk edək!!!

Şeyx Useymin:
İmam Məlikin sözündən zahir olan budur ki, biz bu insanın yanında oturub, ondan bu elmi almayaq.

Çünki bunda iki zərər vardır:

Birincisi: O kəs özü öz nəfsindən qürrələnər və özünün haqq üzrə olduğunu hesab edər.

İkincisi: Onun yanına çox sayda tələbələr toplaşar, ondan elm alar və insanlar da onunla aldanarlar. Avam insanlar ərəb dili elmiylə əqidə elminin arasını ayırd edə bilmirlər.

Buna görə də bizim görüşümüz budur ki, mütləq olaraq həva və bidət əhlinin yanında oturub, ondan elm almaq olmaz.

Hətta bu ərəb dili, bəlağət elmi, sarf elmi bu kəslərdən başqa heç kəsdə olmazsa belə, yenə də onlardan elm almaq olmaz.

Allah təalə onlardan daha xeyirlisini ona verəcəkdir. Əgər biz onların yanına gedib gəlsək, heç bir şəkk yoxdur ki, bu şey onların qürrələnməsini və insanların da onlarla aldanmasını vacib edəcəkdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir