Oxunma sayı: 154

Sual #141 : Şeyx Fovzan – Zalım müsəlman hakimə itaət etmək icmadır.


Sual:

Allah sizə xeyir versin.
Əmr sahibinə itaət və zalım müsəlman hakimə qarşı çıxmağın haram olması ixtilaflı məsələdirmi?

Tarix: 2017-12-17

Cavab #141 : Şeyx Fovzan – Zalım müsəlman hakimə itaət etmək icmadır.


Şeyx Saleh əl-Fovzan:

Yox! Bu, ixtilaflı məsələlərdən deyildir. Bu yalandır. Əksinə, bu məsələ icmadır.

Hətta zalım olsa belə itaət olunur. Nə qədər ki, dindən çıxmayıb, ona itaət olunur. Yalnız günahlardan başqa, bu halda günahdan uzaq dururuq. Amma o zalımdır deyə ona qarşı çıxmaq haramdır.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) demişdir: “Hakim sənin belindən vurub, malını əlindən alsa belə qulaq as və itaət et.”

Çünki malı götürmək və insanı döymək anarxiyadan, özbaşınalıqdan, əminliyin itməsindən və camaatın zay olmasından daha yüngüldür.

Bu cür etmək iki zərərdən ən aşağısını götürmək tərəfindəndir. Bu da İslamda tanınan şəri qaydalardandır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir