Oxunma sayı: 157

Sual #137 : Şeyx Fovzan – Minbərdən rəhbər üçün dua etmək bidətdirmi?


Tarix: 2017-12-17

Cavab #137 : Şeyx Fovzan – Minbərdən rəhbər üçün dua etmək bidətdirmi?


Şeyx Saleh əl-Fovzan:

Müsəlmanlar üçün hər iki xütbədə qələbə, müvəffəqiyyət, hidayət istəyərək dua etmək müstəhəbdir. Əgər müsəlmanlar quraqlıqdan əziyyət çəkirlərsə, yaxud hansısa sıxıntılı anlar yaşayırlarsa, imam onlar üçün dua edir, camaat da “Amin” deyir. Yağışa ehtiyacları varsa bunun üçün imam dua edir, insanlar da “Amin” deyirlər.

Müəyyən insan üçün, məsələn, rəhbər üçün dua etmək də, icazəlidir.
(Axsar əl-Mustasarat kitabının şərhindən)

Müsəlmanların rəhbəri üçün islah, hidayət istəyib dua etmək də, olduqca əhəmiyyətlidir.

Çünki rəhbərin islah olması rəiyyətin də islah olunması deməkdir. Onun üçün islah, müvəffəqiyyət, hidayət istəyib dua etmək lazımdır.

Dua zamanı rəhbərin “rəhbərimiz filankəs”, ” imamımız filankəs” deyib adını da çəkərsə bir qəbahət yoxdur.

Əgər duada rəhbərin adını çəkməyib, sadəcə “rəhbərimiz” ifadəsini işlədərsə eyb etməz. Çünki bu halda məqsəd hasil olmuş sayılır.

Sələflər də rəhbərlər üçün xütbədə və digər məqamlarda dua edirdilər.

İmam Əhməddən, həmçinin Fudeyl bin İyad kimi sələflərdən rəvayət olunub ki onlar belə deyirdilər:
“Əgər qəbul olunacaq duamı bilsəydim, onu rəhbər üçün edərdim”. Nə üçün? Çünki rəhbər islah olunarsa, Allah onun əli ilə rəiyyəti də islah edər.

Rəhbər üçün dua etmək olduqca mühümdür.

Bu gün bəzi “çoxbilmişlər”, yaxud üsyançı düşüncəli adamlar kimisə rəhbər üçün dua edərkən gördükdə, bunu yaltaqlıq kimi qəbul edir. Yaxud rəhbəri zülmə təşviq etmək sayır. Amma halbuki biz bu mənada dua etmirik. Biz deyirik ki, Allahım ona hidayət ver, onu müvəffəq et, onu islah et. Amma onlar dua edəni ittiham edirlər.

Halbuki sələflər tam əksini deyirlər:
“Əgər bir nəfər rəhbər üçün dua etmirsə, onu ittiham et”.
Yəni, xəvaric düşüncəsində olmaqda ittiham et.

Sələflər deyirlər ki, əgər bir insan rəhbər üçün dua etmirsə onu ittiham et. Çünki onun fikri müsəlmanların fikrindən fərqlidir. Amma bu insanların halı tam əksdir.

İndi rəhbər üçün dua edəni yaltaqlıqda, razılıqda, mənfəət güdməkdə və s. bu cür əsassız sözlərlə ittiham edirlər.

Müəyyən insan üçün, məsələn RƏHBƏR üçün dua etmək də icazəlidir.
(Axsar əl-Mustasarat kitabının şərhindən)

Rəhbər üçün dua etmək Sünnədir, onun adının çəkilməsi icazəlidir. “Rəhbərimiz filankəs” üçün deyib adını çəkmək icazəlidir, amma ümumi dua etmək sünnədir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir