Sual #135 : Mühüm məsələlər haqda alimlərlə sual-cavab
Cavab #135 : Mühüm məsələlər haqda alimlərlə sual-cavab
Sual:
Rəhbərə qarşı çağıranları nə adlandıraq?
Şeyx Useymin:
Cəhənnəmin qapısında dayanmış çağırışçılar. Kim onların dediyini qəbul edərsə, onu oda atarlar.
Sual:
Bəziləri deyirlər ki, alimlər rəhbərlərə tövsiyə etmir və haqqı gizlədirlər.
Şeyx Saleh əl-Fovzan:
Kim bunu deyirsə onlar fitnəyə çağırırlar. Cəhənnəmin qapısında dayanmış çağırışçılardır. Necə ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim onların dediyini qəbul edərsə, onu oda atarlar.”
Sual:
Rəhbərə qarşı üsyan edənlərin vəsfi nədir?
Şeyx Useymin:
Onlar günahsız insanlara qarşı döyüşür, kafirlərə qarşı xoş davranırlar.
Sual:
Bəs nə etmək lazımdır?
Şeyx Saleh əl-Fovzan:
Müsəlman rəhbərin itaətində səbrli olmaq lazımdır, hətta zalım olsa da.
Sual:
Səbr haqqında deyilən hədislər xüsusi hallara aiddir, yoxsa bütün ümmətə aiddir?
Şeyx Saleh əl-Fovzan:
Hədislər ümumidir və hər kəsə şamildir.
Sual:
Doğrudanmı bəzi alimlər mövcud reallığı anlamırlar?
Mufti Abdul-Aziz Ali Şeyx:
Əgər Allahın dinində fəqih olan insan mövcud reallığı başa düşmürsə, kim başa düşəcək?!
Sual:
Bəziləri dinə dəstək olmaq üçün hansısa camaatlara beyət edirlər.
Şeyx Saleh əl-Fovzan:
Beyət müsəlman rəhbərə edilir. Bu yalnız müsəlmanların rəhbərinə aiddir. Bunu hansısa camaatın rəhbərinə etmək olmaz.
Sual:
Üsyan edənlər islah etdiklərini iddia edirlər.
Şeyx Abdul-Muhsin əl-Abbad:
Bu ölkəyə qarşı çıxan və əmin-amanlığına xələl gətirən hər kəs cinayətkardır.
Sual:
Beyət kimə edilir?
Şeyx Useymin:
Beyəti hər kəs eləmir. Beyəti ağsaqqallar, sayılıb-seçilənlər edirlər.
Sual:
Nümayişlər haqqı bərpa etməyin yoludurmu?
Şeyx Saleh əl-Fovzan:
Özbaşınalıq əsla İslamdan sayılmır.
Sual:
Bəs problemlər necə həll olunur?
Şeyx Saleh əl-Fovzan:
Problemləri şəriətə uyğun müalicə etmək lazımdır. Müalicə üsulları kafirlərin metodu ilə – nümayiş, etiraz aksiyaları ilə olmalı deyil.
Sual:
Nümayişlər haqqı bərpa etməyin yoludurmu?
Şeyx Useymin:
Heç şübhəsiz nümayişlər şərdir.
Sual:
Bəs problemlər necə həll olunur?
Şeyx Saleh əl-Fovzan:
Təhlükəsizlik qüvvələri bu işlə məşğul olmalıdırlar ki, heç kəsə qarşı düşmənçilik olmasın.
Sual:
Bəs problemlər necə həll olunur?
Şeyx Saleh əl-Liheydan:
Rəhbər bu kimi hallarda problemləri ən asan yolla həll etməlidir, əgər mümkündürsə. Əgər mümkün olmazsa o zaman asan üsulla daha yaxın olan yolla həll edir.
Sual:
Səudiyyə
Şeyx Useymin:
Hər tərəfdən təzyiqlərə məruzdur.
Sual:
Səudiyyə
Şeyx Saleh əl-Fovzan:
Əminamanlıq diyarıdır. Kimlərsə bu özəlliyi əlimizdən almaq, bu ölkəni anarxiyaya sürükləmək istəyirlər.
Sual:
Körfəz ölkə rəhbərlərinə qarşı üsyana çağıranlara qarşı mövqe necə olmalıdır?
Şeyx Saleh əl-Fovzan:
Beləsi fitnəyə, fitnəkarlığa çağırır. Bu növ insanlar şər və zəlalət çağırışçısıdır. Belə adamın sözünü dinləmək, ona əhəmiyyət vermək lazım deyil.
Sual:
Doğrudurmu şeyx İbn Bəz vəfat edənə qədər “Müsəlman qardaşları” təşkilatını tərifləyirdi?
Şeyx Saleh əl-Fovzan:
Bu doğru söz deyildir. Biz on ildən çox onunla oturub durmuşuq, amma onları təriflədiyini eşitməmişik. O yalnız əhli sünnə və camaatı tərifləyirdi.
Sual:
Hazırki vaxtda xəvaric düşüncəsini daşıyanlar varmı?
Şeyx Saleh əl-Fovzan:
Sübhənəllah, bəs bu gün baş verənlər xəvariclərin əməlləri deyilmi?!