Oxunma sayı: 164

Sual #131 : Şeyx Rabi əl-Mədxali – Əli Həsən əl-Hələbi azğın mənhəcdədir!


Sual:

Deyirlər ki, nə qədər ki, şeyx Əbul-Həsən və şeyx Əli Həsən Hələbi (təkfirçi) Məğravini tərifləyirlər, biz onların sözlərini götürürük.

Tarix: 2017-12-17

Cavab #131 : Şeyx Rabi əl-Mədxali – Əli Həsən əl-Hələbi azğın mənhəcdədir!


Şeyx Rabi ibn Hədi əl-Mədxali:

Onların tərifləmələrinin heç bir qədir-qiyməti yoxdur, çünki burada cərh açıq-aydın bilinir və böyük hədis alimlərində cərh tədildən öndə tutulur.

Təfsilatlı cərh, bəyan olunmuş cərh tədildən öndədir, hətta tədil edən bunlar yox, Əhməd ibn Hənbəl və onun mislində olanlar olmuş olsa belə.

Elm tələbələrinin çoxusu bunu bilir. Nə qədər ki, cərh təfsilatlıdır, onların tədillərinin heç bir qiyməti və faydası yoxdur.

İndi Hələbi mənhəcdəki azğınlığına və fəsadına görə cərh və tədil qaydalarını dağıdır, səhlənkarlıq (mumeyyilik) edir. 

Bütün bunların hamısı əqidədəki üsul qaydalarını, tətbiqdəki üsul qaydalarını və üsul elmindəki qaydaları xarab etməkdir.

İndi bunlar eşidirlər ki, o kəslər açıq-aşkar cərhlə cərh ediblər, lakin bununla yanaşı tərifləyirlər. Bütün bunlar üsulu-dini xarab etməkdir.

Bütün bunları sonra bunlar tətbiqdə istifadə edəcəklər.

İndi Əbul-Həsəndən və Əli Həsəndən soruşun ki, hansı öndədir – təfsilatlı cərh, yoxsa mücməl tədil?

Sual verən:
Şeyx, bu açıq-aydın bilinən bir məsələdir ki, təfsilatlı cərh öndə tutulur.

Şeyx Rabi ibn Hədi əl-Mədxəli:
Onlara deyirik ki, kifayətlənin, qaydaları və üsulları xarab etməyin.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir