Oxunma sayı: 164

Sual #124 : Şeyx Muhəmməd əl-Mədxali – Alimlərin Hələbini cərh etmə səbəblərindən bəziləri


Tarix: 2017-12-17

Cavab #124 : Şeyx Muhəmməd əl-Mədxali – Alimlərin Hələbini cərh etmə səbəblərindən bəziləri


Şeyx Muhəmməd əl-Mədxəli:

Hələbi indiyədək bircə Ammən risaləsindəki dinlər birliyi sözündən qayıdıb.

Dinlər azadlığı (hutriyətul ədyən), dinlər qardaşlığı (uxuvvətul ədyən), dinlərin eyni olması (musavtul ədyən) və BMT-ni hakim təyin etməyin vacib olması sözlərindən isə bir hərf belə olsa dönməyib!

Həmçinin nə qədər hizbiçi, bidətçi dəstələri tərifləyir. Deyir ki, Muhəmməd Həsən sələfidir, Adnən Arur sələfidir, Məğravi sələfidir, filankəs sələfidir. Baxmayaraq ki, alimlər bu kəslər barəsində danışıblar və onların batillikləri artıq açıq-aydın bəyan olmuşdur. O isə indiyədək onları müdafiə etməkdə davam edir.

Bunlar bir kənara qalsın, mitinqlərə çıxan Muhəmməd Həsəni tərifləyir. 

Ondan sonra onun bir məqaləsini gördüm, deyir ki, mən tələbələrimə icazə vermişəm ki, Muhəmməd Həsənə rədd versinlər. 

Məşə Allah! Onu tərifləyən sən idin. Elə isə ona rədd vermək sənə vacib olmurmu?! Xüsusən də artıq sən onu tərifləmişdin. Elə isə ona rədd vermək sənin üzərinə düşmürmü?

Sizə Allahı and verib sizdən soruşuram. Bir insan bir şəxsi tərifləyir və təzkiyyə verir, sonra isə susur və deyir ki, mən insanlara icazə vermişəm, ona rədd etsinlər. Bu qəbul olunurmu? 

Xeyr, bu qəbul olunmur! Sən, məhz sənin özün ona rədd verməlisən.

İnsanlar sənə qulaq asırdı, sən isə bu bidətçi, azğın xəvarici, mitinqlərə çıxan, arvadını və övladlarını da özü ilə çıxaran və bununla da fəxr edən, öyünən birini tərifləməklə onları azdırdın.

Sonra da deyirsən, mən susuram, siz ona rədd edin?! Belə söz olar? Xeyr! Heç vaxt!

Bu iki başlı oyun oynayanların, iki başlı söz deyənlərin sözüdür. Belə şeylər bizdə keçmir.

Onu sən tərifləmisən, indi də onun halını bəyan etmək səndən tələb olunur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir