Oxunma sayı: 157

Sual #122 : Şeyx Buxari – Xətaları çox olan birindən elm almaq olarmı?


Sual:

Xətaları çox olan və hər dəfə də xəta etdikdə davamlı şəkildə xətalarından qayıdan kəsin yanında oturub ondan elm almaq olarmı?

Tarix: 2017-12-17

Cavab #122 : Şeyx Buxari – Xətaları çox olan birindən elm almaq olarmı?


Şeyx Abdullah Buxari:

(İmam AbdurRahmən) İbn Məhdi kimlərin tərk olunması barədə deyir:

Kimin səhvi kobud olar və xətaları da çox olarsa, o kəs tərk olunar. Xətaları çox olan birinin yanında necə oturub ondan elm ala bilərsən?! Özün deyirsən ki, davamlı şəkildə xətalarından qayıdır. Burax onu, getsin dəqiqləşdirsin, məsələləri təhqiq etsin, elm öyrənsin. Lazım deyil.

Öz aranızda istər onunla, istərsə də başqaları ilə nəsə öyrənmək, məşğul olmaqda bir şey yoxdur.

Amma o ki qaldı onun yanında oturasan ki, o, sənə dərs keçsin, sən özün də şahidsən ki, xətaları çoxdur, yox, bu olmaz. O sənə nə öyrədəcəkdir ki?! Sənə xətaları öyrədəcək?!

Qardaşlar arasında birgə oturub, nəyisə öyrənməkdə bir şey yoxdur, amma o qalxıb dərs desin, yox, bu yox!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir