Oxunma sayı: 176

Sual #120 : Şeyx Useymin – Adnan Arur haqda


Sual:
Adnan Arur haqda nə deyə bilərsiz?

Tarix: 2017-12-17

Cavab #120 : Şeyx Useymin – Adnan Arur haqda


Şeyx Useymin:

Bəzi kəslər ondan danışıblar. Mən isə onu tanımıram. Lakin bəzi kəslər ondan danışıblar.

Sual verən:
Aydındır. Şeyx Fovzan, Şeyx Ğudeyyan, Şeyx AbdulMuhsin əl-Abbad və digərləri ona rədd verib. Siz bizə onun haqqında nə tövsiyyə edirsiz?

Şeyx Useymin:
Bu dediyin üç alim bizim üçün etibarlıdır.

Sual verən:
Hətta şeyx Rabi də ona rədd verib.

Şeyx Useymin:
Bir daha deyirəm bu alimlər bizim üçün etibarlıdır.

Sual verən:
Yəni, ey şeyx! Adnan Aruru dinləyəkmi?

Şeyx Useymin:
Necə?

Sual verən:
Dinləməyək onu? Kasetlərini dinləməyib onu tərk edəkmi?

Şeyx Useymin:
Bu qeyd etdiyin alimlər mənə (Adnan Aruru dinləməmək haqda) nəsihət etsəydilər, mən onların nəsihətini qəbul edərdim.

Sual verən:
Allah sizi xeyirlə mükafatlandırsın, ey şeyx!

Şeyx Useymin:
Çünki bu alimlər etibarlı alimlərdir.

Sual verən:
Allah sizi bərəkətləndirsin.

Şeyx Useymin:
Sizi də.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir