Oxunma sayı: 170

Sual #119 : Şeyx AbdulMuhsin əl-Abbad – Adnan Arur haqda


Sual:
Şeyx burada bizə qaranlıq qalan bəzi qaydalar var. Bunları sizə oxumaq və sizin bu qaydalar haqda fikrinizi bilmək istəyirik! Bu qaydalar əhli sünnənin sabit üsul qaydalarına müvafiqdirmi

Qaydalar bunlardır:
Düzəldirik, lakin cərh etmirik.
Əgər kimisə mühakimə etsən, özün mühakimə olunacaqsan, əgər kimisə dəvət etsən əcr qazanarsan.

Tarix: 2017-12-17

Cavab #119 : Şeyx AbdulMuhsin əl-Abbad – Adnan Arur haqda


Şeyx AbdulMuhsin əl-Abbad:
Bu kimin qaydalarıdır?

Sual verən:
Şeyx bu qaydalar Adnan Arurundur.

Şeyx AbdulMuhsin əl-Abbad:

Mənim sizə məsləhətim odur ki, onun dediklərinə və bu qaydalarına baş qoşmayın. Ondan istifadə etməyin, çünki bu adamda qarışıqlıq var. Onun bir neçə sözünü gözdən keçirdim, gördüm ki, orada bir çox xətalar mövcuddur.

Ona görə çalışın onun sözlərindən uzaq durasınız. Ondan həzər edin və ona baş qoşmayın. İnsan gərək mötəbər alimlərə müraciət etsin.

Məsələn, Şeyx İbn Bəzin kasetləri, Şeyx Useyminin kasetləri, Şeyx Fovzanın kasetləri, Şeyx Abdul Aziz Ali Şeyxin kasetlərini dinləsin və mötəbər olan alimlərin yolunu tutsun.

Lakin Adnan Arura gəldikdə isə, onun bir neçə sözünə baxdım, gördüm ki, onda qarışıqlıq var. Ondan və onun sözlərindən istifadə etmək olmaz. Xülasə, deyirəm ki, onun bu qaydalarına baş qoşma!

Sual verən:
Şeyx, son olaraq bizə nə nəsihət edərdiniz? Onun dərslərində iştirak edə bilərikmi?

Şeyx AbdulMuhsin əl-Abbad:

Allah üçün deyirəm ki, o bu cür qaldığı müddətcə onun dərslərində iştirak etmək olmaz. Bu cür qaldığı müddətcə onun dərslərində iştirak etməyin!

Sual verən:
Aydındır. Allah sizi xeyirlə mükafatlandırsın.

Şeyx AbdulMuhsin əl-Abbad:
Allah sizə uzun ömür versin!

Sual verən:
Əssələmu aleykum.

Şeyx AbdulMuhsin əl-Abbad:
Və aleykumussələm və rahmətullah!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir