Oxunma sayı: 141

Sual #117 : Şeyx Useymin – Cərh və tədil ölməyib və ölməyəcək!


 

Sual:

Cərh və tədil sünnəsi ölübmü? Haqqa müxalif olana rədd etməklə onun adını cəmiyyətdə bəyan etməyin hökmü nədir?

Tarix: 2017-12-17

Cavab #117 : Şeyx Useymin – Cərh və tədil ölməyib və ölməyəcək!


Şeyx Useymin:

Qorxuram bu kəlimə haqq olsun, insanlar bunu batilləşdirmək istəyirlər. 

CƏRH VƏ TƏDİL ÖLMƏYİB, ÖLMƏYƏCƏK,
DƏFN EDİLMƏYƏCƏK VƏ XƏSTƏLƏNMƏYƏCƏK. Allaha həmd olsun ki, o ayaqda durur.

Cərh və tədil məhkəmədə şahidlərin iştirakı ilə baş verir. Ola bilsin ki, qarşı tərəfi etibarsız elan etsinlər və buna görə də dəlil tələb olunsun. Bu rəvayətlə də baş verir. Biz imamımızın qiraətini eşitmişik.

Allah Təalə buyurur:
Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, (onu) araşdırın. (Hucurat: 6)

İnsanlar həyatda olduqları müddətcə cərh və tədil də olacaqdır. Eləcə də, cərh və tədil olduğu müddətcə insanlar da olacaqdır.

Lakin qorxuram ki, sual verən desin: “Bu insan tənqid edilib.” Amma həqiqətdə belə olmasın. Beləcə o, bu fətvanı götürməklə pis xüsusiyyətləri yaysın.

Ona görə deyirəm:
Əgər bir kimsənin pis xüsusiyyəti varsa və onu bəyan etməkdə fayda, ehtiyac olarsa və yaxud da bunu bəyan etmək zərurətdirsə, bu halda onu bəyan etməkdə heç bir problem yoxdur. 
Bunu (cərhi) açıq şəkildə etməkdə heç bir problem yoxdur.

Lakin yaxşısı budur ki, belə deyəsən:
“Bəzi insanlar belə edir” və ya “bəzi insanlar belə deyir”.

Bunun da iki səbəbi vardır:

Birinci səbəb:
Müəyyənə hökm verməkdən salamat edir;

İkinci səbəb:
Bu hökm həm ona, həm də digərlərinə şamil olur.

Yalnız o kimsədən başqa ki, insanlar o kəslə fitnəyə düşüb, bidətə və ya zəlalətə dəvət edir, bu halda belə insanın adını çəkmək zəruridir ki, insanlar o kəs tərəfindən aldadılmasın.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir