Oxunma sayı: 176

Sual #116 : Şeyx Abdullah Buxari – Hər bir rəddiyyə təbdi (bidətçi görmək) deyildir


Tarix: 2017-12-17

Cavab #116 : Şeyx Abdullah Buxari – Hər bir rəddiyyə təbdi (bidətçi görmək) deyildir


Şeyx Abdullah Buxari:

Burada bir mühüm məsələyə diqqəti yönəltmək istəyirəm, hansı ki, bu məsələdə boşluq baş vermişdir. Bu boşluq haqq və batil doğru – düzgün bilinmədiyinə görə insanların qismlərini başa düşməməkdən baş vermişdir.

Bəzi tələbələr və bəzi insanlar belə zənn edirlər ki, hər bir rəddiyyə təbdi (bidətçi görmək) deməkdir. Lakin həqiqətdə isə rəddiyyə ilə, xəta ilə təbdi (bidətçi demək) arasında bir-birini gərəkdirmək yoxdur. Biri o birini tələb etmir.

Bəzən rəddiyyə olunan kəs bidətçi ola bilər, bəzən isə yox.

Alimlər qədimdən bu günə qədər elmi məsələlərdə biri digərinə rədd edirlər və onların arasında nə düşmənçilik, nə ziddiyyat, nə də ki təbdi yoxdur. Elə deyilmi?

Bu mövcuddur və buna nə qədər misallar vardır. Buna bir misal çəkək ki, hətta başa düşəsən ki, hər bir rədd təbdi demək deyildir.

Şeyx Abdul Aziz ibn Bəz rükudan qalxdıqdan sonra əlləri sinədə bağlamaq məsələsində alləmə Albaniyə rədd etməyibmi?

Həmçinin şeyx Albani şeyx Bədiuddin əs-Sindiyə və şeyx Bədiuddin əs-Sindi şeyx Albaniyə rədd etməyibmi? Və filankəs filankəsə nə qədər rəddlər olub. Bunların hamısı biri digərinin rəyini üstün görmədiyinə görə baş vermişdir.

Bəzən rəddiyyə olunan kəs bidətçi ola bilər, bəzən də yox. Lakin səndə bərqərar olması vacib olan budur ki, xətanın və səhvin rədd olunması vacibdir. Bundan sonra isə üzərinə rəddiyyə verilən şəxs bəzən bidətçi ola bilər, bəzən isə yox.

Diqqət çəkmək istədiyim nöqtə bu idi ki, bir çox tələbələr belə zənn edir ki, hər bir rəddiyyə təbdi deməkdir. Lakin məsələ heç də belə deyildir.

Allah sizə bərəkət versin.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir