Oxunma sayı: 157

Sual #115 : Alləmə şeyx Rabi əl-Mədxali – Şeyxin xəta edərsə, ona təəssübkeşlik etmə!


Tarix: 2017-12-17

Cavab #115 : Alləmə şeyx Rabi əl-Mədxali – Şeyxin xəta edərsə, ona təəssübkeşlik etmə!


Şeyx Rabi əl-Mədxali:

Əgər sənin şeyxin xəta edərsə və başqa şeyx sənin şeyxinin xətalarını bəyan edərsə, rədd edərsə və haqq da həmin o başqa şeyxlə olarsa, sən də həmin o şeyxlə ol, öz şeyxinə nəsihət et, təəssübkeşlik etmə.

Əgər ona təəssübkeşlik etsən, şeyxulislam bu işə qarşı çox şiddətli danışır və bunu cahiliyyə təəssübkeşliyi adlandırır. İslam və Sələfi mənhəci bundan uzaqdır.

Biz də Allahın bizim üçün razı qalıb seçdiyi və bizə şəriət qoyduğuna müxalif olan hər bir tərbiyədən Allaha sığınırıq.

Əgər ibn Bəz, ibn Teymiyyə xəta edərsə və bir kimsə də qalxıb haqla bu xətanı bəyan edərsə, qəzəblənmə. Əgər hüccətlə və açıq aydın dəlillərlə bəyan edərsə, rədd verərsə, demə ki, bu ibn Bəzə, ibn Teymiyyəyə qarşı danışır. Əgər haqla, ədəblə və ehtiramla olarsa.

Çünki hədəf insanları Allahın mənhəcinə bağlamaqdır, insanların xətalarına yox, kim olur olsun. Kim olur olsun, hətta lap səhabə də xəta etsə belə.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir