Oxunma sayı: 166

Sual #113 : Şeyx Rabi əl-Mədxali – Hizbilik nədir və hizbilər kimlərdir?


Sual:

Hizbiliyin və ‘filankəsdə hizbilik var’ deməyin mənaları nədir və hizbilər kimlərdir, hizbilərin dəvətləri və mənhəcləri nədən ibarətdir?

Tarix: 2017-12-17

Cavab #113 : Şeyx Rabi əl-Mədxali – Hizbilik nədir və hizbilər kimlərdir?


Şeyx Rabi ibn Hədi əl-Mədxali:

Sələfi mənhəcinə müxalif olan hər bir kəs zəlalət hizbilərindən, dəstələrindəndir. Hizbiliyin heç də müəyyən bir şərtləri yoxdur. Allah təalə əvvəlki ümmətləri əhzab (hizbilər, dəstələr) adlandırmışdır.

Həmçinin Qureyş başqa tayfalarla birləşdikdə, onları da dəstələr (əhzab) adlandırdı, onların nə nizamnamələri, düsturları var idi, nə də başqa bir şeyi. 

Hizbiliyin şərtlərindən deyil ki, hizbilik düsturla, qanunlarla olsun. Əgər düstur və nizamnamələrlə olarsa, pisliyi daha da artır.

Allahın kitabına və Peyğəmbərin Sünnəsinə müxalif olan müəyyən bir fikrə təəssübkeşlik etmək, bu fikrin üzərində dostluq və düşmənçilik etmək – hizbilik budur. Hətta müəyyən bir qayda-qanunları olmasa da belə bu hizbilik sayılır.

Azğın bir fikir bina edib, onun üzərinə insanları cəm edirsə, bu hizbilikdir, istər qayda-qanunlu olsun, istərsə də yox. Nə qədər ki, fikir birdir, Kitaba (Qurana) və Sünnəyə müxaliflik edir, bu hizbdir, dəstədir.

Peyğəmbərlə müharibə edən kafirlərin heç bir nizamnamələri, düsturları yox idi, hansı ki, indiki hizbilərdə mövcuddur. Lakin bununla yanaşı Allah onlara hizbi adını vermişdir. Nə üçün? Çünki onlar batil şeylər üçün dəstələrə, hizblərə bölündülər və haqla müharibə etdilər.

“Sonrakı əlbir dəstələr (hizblər) də (elçiləri) yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa, öldürməyə cəhd edirdi. Onlar həqiqətən yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar”. (Ğafir, 5)

Allah təalə dedi ki, {sonrakı dəstələr (əhzəblər)}. Allah bunları əhzəb (dəstələr, hizblər) adlandırdı. Əhzab döyüşü vaxtında Qureyş, Ğatafən, Qureyza, başqa qəbilələr birləşdilər, onlar heç də nizamlı, düsturlu dəstələr deyildirlər, lakin Allah onları hizblər adlandırdı.

Hətta Əhzab adlı surə mövcuddur. Necə yəni nizamnaməli hizblər? Hizbiliyin şərtlərindən deyildir ki, nizamlı, düsturlu olsun.

Əgər batil fikirlərlə özünü sığortalayarsa, bu fikirlər üçün mübahisə, mücadilə edərsə, onun üçün dostluq edərsə, bu hizbdir, bu hizbdir.

Əgər bunlara əlavə olaraq özlərinə nizam, düstur qoyarlarsa, mal, pul toplayarlarsa və başqa şeylər, təbii ki, hizbiliklərində bir az da dərinə gedərlər və zəlalət dəstələrindən olarlar. Bundan Allaha sığınırıq.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir