Oxunma sayı: 157

Sual #110 : Şeyx Süleyman Ruheyli – Hakimləri şəri və qeyri -şəri olaraq bölmək əhli-sünnənin rəyi deyil və təhlükəli yoldur!


Sual:

Bizi faydalandırdığınıza görə Allah sizə bərəkət versin.
Allahdan istəyirik ki, hamımızı sözə qulaq asıb yaxşısına əməl edənlərdən etsin. Sualda deyilir ki, elmli olduqlarını iddia edən bəzi kəslər müsəlman hakimləri şəri hakimlər və qeyri-şəri hakimlər olmaqla iki qismə bülürlər. Bu bölgüyə də hakimlərin Allahın hökmü ilə hökm verib-verməmələrinə əsaslandırırlar.

Sonra da bəzi hakimlər barəsində deyirlər ki, onlar müsəlman olsalar da, qeyri-şəri hakimlərdir və həmçinin, onlara beyət də olunmur. Bu hakimlərə yalnız məsləhə baxımından qulaq asılır və itaət olunur.

Sonra isə bu bölgünü Əhli Sünnəyə nisbət edir və buna əsasən də bu məsələdə özlərinə inkar edənlərə rədd edirlər. Bu sözün Əhli Sünnənin sözü olduğunu demək doğrudurmu, bu söz Əhli Sünnəyə nisbət olunurmu?

Tarix: 2017-12-04

Cavab #110 : Şeyx Süleyman Ruheyli – Hakimləri şəri və qeyri -şəri olaraq bölmək əhli-sünnənin rəyi deyil və təhlükəli yoldur!


Şeyx Süleyman Ruheyli:

Hakimləri şəri və qeyri-şəri olmaqla iki qismə bölmək məsələsi barədə deyəsən dünənki dərsimizdə danışdım. Bəyan etdim ki,dəlillər və Əhli Sünnə vəl-cəmaanın sözü bunu göstərir ki, hakimlər vəsf baxımından üç qismə bölünürlər:

1-Adil müsəlman;
2-Zalım müsəlman;
3-Kafir.

Bundan başqa olan bölgülər nə dəlillərdə, nə də ki, Əhli Sünnənin sözlərində mövcud deyildir.

Amma hökmlərin onlara tətbiq olunması baxımından isə iki qismə bölünürlər:

Müsəlman və kafir.

Hakimləri şəri hakim, qeyri-şəri hakim olaraq bu qismlərə bölmək isə doğru deyildir. Bu bölgünün nə dəlillərə istinad edən bir yeri var, nə də ki, sələfin sözünə istinad edən bir yeri. Həqiqətdə bu bölgü təhlükəli bir mövqedir. Çünki bu bölgü əmr sahibi barəsində olan şəri dəlilləri dağıdır.

Həqiqətən biz (hakimlərə verilən) bu vəsflərə baxdıq və gördük ki, əgər bunu indiki vaxtda hakimlərə tətbiq etsələr, görəcəklər ki, müsəlmanların bütün hakimləri qeyri-şəri hakimlərdir. Çünki bu bölgünün sahibləri deyirlər ki, onların iddialarına görə indiki zamanda Allahın şəriəti ilə (hökmləri ilə) hökm verən hakim yoxdur.

Beləliklə də, onlar qeyri-şəri hakimlərdir, kafirlərin müamiləsi ilə müamilə olunurlar, belə ki, onlara yalnız dünyavi məsləhələr üçün qulaq asılır və itaət olunur. Bu çox təhlükəli bir mövqedir.

Bu bölgünün nə dəlillərdə, nə də ki, sələfin sözlərində heç bir əsası yoxdur, əksinə bu bölgü bu mövzuda olan dəlilləri və Əhli Sünnə vəl-cəmaanın üsullarını (əqidə qaydalarını) dağıdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir