Oxunma sayı: 150

Sual #108 : Şeyx Saleh əl-Liheydan – Oruclu ikən göz, burun və qulaq üçün damcılardan istifadə etmək


Sual:

Ramazan ayında gündüz vaxtı göz, burun və qulaq üçün damcılardan, həmçinin göz üçün sürmədən istifadə etməyin hökmü nədir?

Tarix: 2017-12-03

Cavab #108 : Şeyx Saleh əl-Liheydan – Oruclu ikən göz, burun və qulaq üçün damcılardan istifadə etmək


Şeyx Saleh əl-Liheydan:

Burun üçün damcılara gəldikdə, əgər (onlardan istifadə edən şəxs) əmin olarsa ki, o damcılardan heç bir şey onun boğazına və mədəsinə daxil olmayacaq, bu zaman onun orucu pozulmur.

Lakin əmin olmazsa, belə ki, burun mədəyə aparan (mədə ilə əlaqəli) bir keçiddir və bəzi hallarda hətta burun qida qəbul etmək üçün vasitə kimi istifadə olunur.
Bəzən də, onun (burunun) vasitəsilə mədəni təmizləyirlər.

Lakin əgər əmin olarsa ki, bu damcılardan heç bir şey onun mədəsinə daxil olmayacaq, bu zaman (onun istifadəsində) heç bir problem yoxdur.

Göz damcılarına gəldikdə isə, doğru olan rəy odur ki, onun oruca heç bir təsiri yoxdur. Hətta bu maye ilə birlikdə buruna qan daxil olsa da, buna baxmayaraq, göz mədəyə aparan (mədə ilə əlaqəli) keçid deyildir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir